Premyer Liqada yaranmış fasilədən maksimum istifadə edən Ağdamın "Qarabağ" klubu Antalyada təlim-məşq toplanışını davam etdirir. Qol.Az-ın məlumatına görə, gündə 2 dəfə olmaqla məşq edən Qurban Qurbanovun komandası çempionatın final mərhələsinə ciddi hazırlaşır.
Yüksək tempdə davam edən təlim-məşq toplanışında futbolçuların yaxşı formada olması diqqətdən qaçmır. Xüsusilə də, qış fasiləsindən sonra baş tutan 3 görüşdə meydanda olan, yüksək hazırlığı ilə diqqəti cəlb edən Vüqar Nadirovu vurğulamaq lazımdır.
"Qəbələ" və "Turan"la oyunlarda qol ötüməsi verən, sağ cinahda rəqiblərə başağrısı yaradan 23 yaşlı hücumçu final mərhələsi haqda fikirlərini bölüşüb:"Allah şükür ki, hazırlığımız yaxşı gedir. Final mərhələsinə 3-cü pillədə qədəm qoymağımız da bizə əlavə ruh yüksəkliyi gətirib. Hə, bəlkə də çoxları bizdən son 3 oyunda qələbə gözləsə də, 2 darmadağın gözləmirdi. Amma biz başımızı aşağı salıb öz işimizlə məşğuluq.
Çempionatın startında zədələrdən əziyyət çəkmişdik. Üstəlik, iyunun əvvələrindən dayanmadan oynayırdıq. Amma qışda yaxşı hazırlaşdıq. Üstəlik, zədəlilərimiz sağaldı, yeni transferlərlə gücləndik. Demək olar ki, bütün mövqelərdə ən azı 2 futbolçumuz var. Son oyunlarda yaxşı formada olmağıma gəlincə, təkcə mən yox bütün komanda yaxşı formadadı.
Belədə hamının işi asanlaşır. Düzdü, 2 ötürmə vermişəm. Amma qol vurmaq üçün də imkanlarım oldu. Düzdü, hücumçunun işi qol vurmaq olsa da, əsas komandanın qələbəsidi. Kimin vurmasının elə də önəmi yoxdu.
Final mərhələsinə də ciddi hazırlaşırıq. Bizi bir-birindən çətin 10 final oyunu gözləyir. Hər qələbənin böyük əhəmiyyəti var. İnşallah, qələbə seriyasını davam etdirmək istəyirik. Bilirik ki, hamı bizim avrokuboklarda çıxış etməyimizi istəyir. Bu bizim məsuliyyətimizi artırır. Amma komandamıza inanırıq. Çempionatı ilk 3-lükdə bitirsək əla olar".
"Sabah"ın qələbəsindən - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi
"Sabah" "Qarabağ"a qalib gəldi
Türkiyəli futbolçu "Mançester Yunayted"ə keçə bilər
“Qarabağ”da ciddi itki
Stankoviç məşqçilik karyerasına geri döndü
"Barselona"nın baş məşqçisi ilə bağlı qərarı bəlli oldu
Azarkeşlərin tənqidi ucbatından klub prezidenti istefa verdi
Kenan Yıldız "Yuventus"da ayın futbolçusu seçildi
"Real"ın futbolçusu "Borussiya"nın hədəfində
"Sabah" - "Qarabağ": Heyətlər
Finalissimanın vaxtı və yeri dəqiqləşdi
“Milan”ın hücumçusu əməliyyat olunacaq
1-ci liqada 2 oyun keçirildi
Şahruddin Almaniyada əməliyyat olundu
"Liverpul"un futbolçusu "Tottenhem"lə oyunu buraxacaq
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Mançester Yunayted"də qalır
İdman jurnalistləri arasında intellektual yarış keçirilib
Tiaqo Silva klubundan ayrıldı
"Milan" "Vest Hem"in hücumçusunu transfer edir
İngiltərə kubokunda yarımfinal cütləri məlum oldu
"Maynts" – "Samsunspor" oyununu yayımlayacaq kanallar
Mariya Stadnik "Yanıq Kərəmi"nə oynadı - Video
Misli.az-da ardıcıl 2 böyük uduş!
Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
Ançelottinin oğlu istefa verdi
Konfrans Liqasında son tur: 18 oyun eyni saatda
"Mançester Siti" yarımfinalda
PSJ Qitələrarası Kuboku qazandı
Messi Hindistandan milyon dollarlıq hədiyyə ilə qayıtdı
"Real"ın futbolçusu son anda heyətdən çıxarıldı
"İnter Mayami" Suaresin müqaviləsini uzatdı
"Borussiya"sının hücumçusu İspaniya klubunun hədəfində
“Sumqayıt” qış hazırlıq planını açıqladı
"Barselona"nın "Ayntraxt"dan təzminat tələbi var
Meydanda ən çox vaxt keçirən futbolçular kimlərdir?
Ronald Arauxo yaşıl meydanlara geri dönür
Gənc futbolçu vəfat etdi
DÇ-2026 qalibi nə qədər mükafat alacaq? - Rekord məbləğ
Türkiyə klubu baş məşqçisi ilə yollarını ayırdı
Rövşən Nəcəf FİFA-nın Plenar Sessiyasına qatıldı