Hafiz Məmmədov: «Jaba mənim sevimli futbolçumdur»

Hafiz Məmmədov: «Jaba mənim sevimli futbolçumdur»
ÖLKƏ FUTBOLU 4 Mart 2011 / 15:44 2779
-  A +

Qol.Az saytı xəbər verir ki, AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasından sornra «Bakı» klubunun prezidenti Hafiz Məmmədov jurnalistlərin suallarını cavablandırıb.

- «Bakı»nın son oyunları ilə bağlı fikirləriniz necədir?
- Ötən il komanda pis oynadı, ona görə də çox xal itirdi. Amma indiki baş məşqçi Aleksanr Starkova böyük ümidlər bəsləyirik. Demək olar ki, yeni komanda yaradırıq. «Bakı»nın yeni oyununu tapması üçün vaxt lazımdır.
- Komandanızın «Qəbələ»yə qarşı keçirdiyi kubokun 1/4  final oyununu bəyəndiniz?
- Oyundan razı qalmadım, amma nəticə qənaətbəxşdir. «Qəbələ» bu mövsüm inamlı oynayır. Bizim komanda isə gündən-günə artırır. Məşqçinin bütün ideyalarını tətbiq etməsi üçün gözləməliyik. Hamımız istəyirik ki, «Bakı» bizi öz qələbələri ilə bizi sevindirsin.
- Jaba və Roşanı bağışlamığınızın səbəbi nədir?
- Onlar təlim-məşq toplanışa öz günahları ucbatından geçikiblər. Problem nəqliyyatla bağlı olub. Yol uzaq olduğundan onlar hazırlıq prosesinə vaxtında çatmamışdılar. Mən onların hər ikisinə böyük ümid bəsləyirəm. Hesab etdim ki, bu futbolçulara şans vermək lazımdır. Həm də onlar üzr istədilər. Gizlətmirəm, Jaba mənim sevimli futoblçumdur. Amma ötən mövsüm o, daha yaxşı oynayırdı.
- «Neftçi» - «Xəzər Lənkəran» oyununu izləyə bildiniz.
- Yox. İşimlə əlaqədar ölkə xaricindəydim. Amma mənə dedilər ki, hər iki komanda əla oyun nümayiş etdirib. Bu, çempionatda rəqabəti daha da artıracaq. Bilirəm ki, «Bakı» üçün çətin olacaq. Amma hələ heç nə itirilməyib.
Düşünürəm ki, bizim həm kubok, həm də çempionatda şanslarımız qalıb. Premyer Liqada bundan sonra on oyun keçirəcəyik. Kubokda isə yarımfinala çıxmaq şansımız var.
- Tunc Avşar komandanızda qalıb, ya yox?
- O, bizdə fəaliyyətini davam etdirir. Bizə beynəlxalq əlaqələrdə kömək edir. Onun yaxşı əlaqələri var.

Daha çox


Son xəbərlər