"Oyun üstünlüyü bizdə idi, amma şanslarımızdan yararlana bilmədik ki, heç olmasa bir xal qazanaq. Bir şeyi də qeyd etmək istəyirəm ki, əvvəllər biz öldürücü komandaya sahib idik. Yarım qol şanslarından belə istifadə edib qol vura bilirdik. İndi bu keyfiyyətlərimizi itirmişik. Oyunçularla yanaşı biz məşqçilər də daha çox çalışmalıyıq".
QOL.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev Misli Premyer Liqasının 18-ci turunda "Qəbələ"yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O, komandanın yeniləndiyini vurğulayıb: "Əvvəlki qələbəyə olan aclığımız itib. Mənim məşqçi kimi vəzifəm o istəyi və arzunu qaytarmaqdır. Bunun üçün çalışacağıq".
Mütəxəssis "Sabah"ın penaltilərdə bəxti gətirməməsi haqda bunları söyləyib: "Psixoloji amildir. Özümüzü məhv etməklə məşğuluq. Öz qapımıza 3 qol vurmuşuq. Bu, olmamalıdır. Avtoqollar bizi 7 xaldan məhrum edib".
M.Musayev "Sabah"ın bu mövsüm qeyri-stabil çıxışının səbəbi haqda deyib: "Abdullaye Ba da önəmli oyunçu idi. Çox faktor var. Niyə belə oldu, hazırda cavab verə bilmirəm. Bütün bunların günahkarı baş məşqçidir. Fərqli səbəbləri var. Ötənilki "Sabah"ı unutmaq lazımdır. Artıq o "Sabah" olmayacaq. Bəzi transferlərimiz təlim-məşq toplanışına qoşula bilmədilər. 3-4 ay məşq etməyən oyunçular var idi. Bəzilərinin adaptasiyası istədiyimiz kimi getmədi. Mənim də səhvlərim var".
“Bizə sadəcə vaxt lazımdır” - "Şəfa"nın baş məşqçisi
Rüfətin komandası finala gedən yolda büdrədi
"Neftçi" "Sumqayıt"a, "Zirə" "Şəfa"ya qalib gəldi
Şotlandiya millisində yeni baş məşqçi
"Real"a dönüşü gələn ilə qala bilər
“Sumqayıt”ın baş məşqçisi “Neftçi”yə məğlubiyyətdən danışdı
Mahir Emreli qol ötürməsi verdi
"Neftçi"nin 3 qollu qələbəsindən - Video
"Arsenal" 18-ci dəfə İngiltərə Superkubokunun qalibi oldu
Həm "Qalatasaray"dan, həm "Roma"dan təklifi var
Superliqa matçında 4 yaşlı azarkeşə qarşı xoşagəlməz hadisə
“Zirə” - “Şəfa”: Heyətlər
“Çox güman ki, bu, futboldakı son ilimdir” - Ronaldo
Misli Premyer Liqasında 2-ci turun təqvimi
“Sabah” və “Qarabağ”ın çempionat oyunları təxirə salındı
Amorim onlara əlavə istirahət verdi
“Qarabağ”ın rəqibindən qələbə
“Sumqayıt” - “Neftçi”: Heyətlər
"Sabah" - "Hapoel" matçının biletləri satışa çıxarıldı
Arteta Premyer Liqada çempionluq yarışından danışdı
“Sportinq” İrankundanı transfer etdi
“Liverpul”un hücumçusu "Tottenhem"lə razılaşdı
Azərbaycanın iki boksçusu Avropa çempionatının 1/4 finalında
Zubirin təvazökar gedişi - Vida oyunu istəməyib!
“Sabahın Ulduzları” yarışında daha 3 oyun keçirildi
Ozan Can əvvəl gözəl qol, sonra rəqibinə kəllə vurdu - Video
Zubirdən vida mesajı
“Real” Mourinyonun iki istəyini yerinə yetirməyib
“Qarabağ” Zubirin getdiyini - Rəsmən açıqladı
Duran "Seltik"də ilk rəsmi qolunu vurdu
"Sabah"la oyun ən çətini olacaq" - "Hapoel"in baş məşqçisi
"Sabah"ın rəqibi 0:4 hesabı ilə uduzdu
"İnter" İngiltərə millisinin üzvünü transfer etdi
"Ayaks"ın vingeri PSJ-yə keçdi - Rəsmi
Toral “Bursaspor”da növbəti oyuna çıxdı - Video
"Sabah" mövsümə bu qələbə ilə start verdi - Video
La Liqada yeni mövsüm başladı
"Trabzonspor"dan heç-heçə, "Fənərbaxça" uduzdu