Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Xəzər Lənkəran" səfərdə əzəli rəqibi "Neftçi"yə 4:3 hesabı ilə qalib gəlib. Qol.Az-ın məlumatına görə, "Xəzər Lənkəran"ın baş məşqçisi Mirça Rednik oyundan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:
"Neftçi"ni məğlub etdiyimiz üçün çox sevinirəm. Bu qələbə ilə hələ heç nə həll olunmayıb. Bizi qarşıda cavab qarşılaşması gözləyir. Komandam bu gün 11 nəfərə qarşı yox, hakimlər də daxil olmaqla 14 nəfərə qarşı mübarizə apardıq. Onlar həddindən artıq səhvlər etdilər. Hətta baş hakim Flavinyonun kapitanımız Kamranı Ağayevi dirsək zərbəsi ilə vurmasına göz yumaraq onu cəzalandırmadı.
Anar Salmanovun məni haqsız olaraq meydandan çıxardı. Mən sadəcə olaraq əsəbləşərək papağımı yerə çırpmışdım. Nəyə görə texniki zonadan kənarlaşdırılmalı idim? Biz bura işləməyə gəlmişik. İmkan versinlər işləyək".
Rednik eyni zamanda "Neftçi"nin də oyununa toxunub:"Neftçi" güclü komandadır. Hesabda geri olmasına baxmayaraq fərqi minimuma endirə bildilər. Yenə də qalib gəldiyimiz üçün şadam".
Alleqri və Poçettino...
Gözəl seyvlər, son dəqiqə qolu - Video
Vitali Vernidub: "Son dəqiqələr haqda danışmaq istəmirəm"
Zirədəki qalmaqaldan - Video
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
“Neftçi” Zirədə qələbəni son anda əldən verdi
Vadjinin qolu, Batistanın dublu - Video
"Zirə"nin futbolçusu mükafatlandırıldı
DÇ-2026-nın ən bahalı biletlərinin qiyməti açıqlandı
Andrey Demçenko: "Məsuliyyəti üzərimə götürürəm"
Kurban Berdıyevdən qələbə şərhi
"Mütləq qalib gəlməliyik" - Siyasət Əsgərov
"Zirə" - "Neftçi": Heyətlər
"Çelsi" Kaysedo ilə müqaviləni uzatdı
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı
Azərbaycan millisi Gürcüstana da məğlub oldu