"Neftçi"nin futbolçusu Lukas Melanonun iştirakı ilə mətbuat konfransı təşkil olunub. “Neftçi Arena”da keçirilən tədbirdə argentinalı hücumçu media nümayəndələrinin suallarını cavablandırıb.
- 15 oyun geridə qalıb və komanda da olan 4 hücumçu cəmi bir qol vurub. Maaş alanda buna görə utanırsınız?
- Onu demək istəyirəm ki, nə özümdən nə də komanda yoldaşlarımın oyununda razıyam. Komandaya çempionatın gedişatında qoşuldum. Adaptasiya dövrünü keçməyə çalışdım. Son oyunlarda məşqçi mənə şans verir. Həftə ərzində öz üzərimdə çalışıram ki, qollar vurum.
- ABŞ-dən kənar ilk dəfə başqa klubda çıxış edirsiniz? Bu vaxta qədər Avropdan təklif gəlmişdi?
- Bəli, ABŞ-yə geməmişdən təklif var idi. İspaniya, İtaliyadan təkliflər var idi. Lakin razılıq əldə edilməmişdi. Daha sonra Azərbacandan təklif gəldi və hazırda "Neftçi"dəyəm.
- Ölkəyə gəməzdən əvvəl Azərbaycan haqda məlumatınız var idi? Ölkə mədəniyyəti ilə maraqlanırsınız?
- Azərbaycana gəlməzdən əvvəl çox məlumatım yox idi. Gəldikdən sonra ölkənin özü ilə, mədəniyyəti ilə tanış oluram. Şəhəri və Azərbaycanı bəyənirəm.
- "Qarabağ"la oyuna necə hazırlaşırsınız? Gözləntilər nədir? Çempionata başlayanda hədəf qızıl medallar idi. Amma indi "Qarabağ"la xal fərqi 10-dur.
- Nəzər yetirsək "Qarabağ"la oyuna 2 tur var. Çempionatın bitməsinə çox qalıb. Liderlə xal fərqi çoxdu, amma zaman var. Tək "Qarabağ"la oyuna köklənməməliyik. Digər oyunlarada da xal və xallar qazanmalıyıq
- 30 yaşınız var və indi Avropa klublarda legioner həyatı yaşayırsınız. Buna səbəb nədir? Oynamaq istədiyiniz Avropa klubu "Neftçi"dir?
- Bir neçə dəfə müxtəlif ölkələrdən təkliflər gəlmişdi. Bəzən mənim özümdən aslı olmayaraq alınmırdı. Sonra ABŞ-dən təklif gəldi. İndi isə "Neftçi"nin uğurları üçün çalışıram. Bəzi liqalar var ki, orda oynamaq istəyərəm. Amma indi "Neftçi"dəyəm və bütün diqqətim burdadır.
- ABŞ-da oynayanda komanda yoldaşlarından biri də "Qarabağ"da çıxış edən Samuel Armentoros olub. Onunla Azərbaycan haqda danışmısınız?
- Onunla yaxşı münasibətimiz var idi. Tez-tez danışırdıq. Sırf Azərbaycan haqda danışıq olmayıb. Onun da geniş karyerası olub və biz çıxış etdiyimiz ölkələr barədə danışmışıq.
- MLS-də Lionel Messi də çıxış edir, yenidən MLS-ə qayıtmaq istəyərdiniz?
- Hazırda MLS əvvələ baxanda inkişaf edib. Qismət olar, nə vaxtsa oynayaram. Karyeramıı bitirəndən sonra ABŞ-da yaşamaq istərdim. Ammma bura yeni gəlmişəm və uğurlar qazanmaq istəyirəm. Bütün fikrim "Neftçi"dədir.
- Azərbaycan mədəniyyətini sevdiyinizi dediniz. Azərbaycan musiqisinə qulaq asmısınızmi? Yeməklərdən hansıları bəyənirsiniz?
- Ölkəyə gələndə qonaqpərvrlik məni təcübləndirdi. İnsanlar çalışır ki, kömək etsin. Bakını bəyəniərəm. Yeməklərdən çox dadmasam da, dolmanı sevirəm.
- Çox məşqçi ilə işləmisiniz. Adrian Mutunu digər məşçilərdən fərqləri nədir? Onunla məşqlərdə nələr danışırsınız, onun futbol fəlsəfəsi, sizdən tələbləri nədir?
- Müqayisə etmək düzgün olmaz. Hər birinin özünə uyğun fəlsəfsi var. Bunu müqayisə etmək istəmirəm. Bəziləri öz fəlsəfəsinin ardıca gedib uğurlar qazanır. Məşqlərimiz yaxçı keçir. Məşqçinin verdiyi tapşırıqları yerinə yetirmək istəyirik. Bəzən uğurlu olur, bəzən isə uğursuzluq olur.
- Keçən həftə Rəhman Hacıyev konfransada iştirak etdi və qol vurdu. İndi siz burdasınız, "Turan Tovuz"a qarşı fərqlənsəniz, bu estafeti kimə vermək istərdiniz?
- Bu ənənənin davamını istəyirəm. Amma inanın, bu həftə qol vursam gələn həftə də özüm iştirak edəcəyəm. Hamınıza təşəkkür edirik. Burdan "Neftçi" azarkeşlərinə səslənirəm ki, çalışacağıq ki, daha da yaxşı çıxış edib nəticələr qazanıb "Neftçi"ni lazım olduğu yerə qaldıraq.
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord
"Bavariya"dan "Real"a keçə bilər
"Çelsi"nin kapitanı sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarını təsdiqlədi - Video
Çempionlar Liqası finalının bilet qiymətləri bəlli oldu
Millidən qayıtdıqdan sonra qol vura bilmir
Milliyə kimlər çağırıldı?
Qvardiola ÇL matçından öncə komandasını istirahətə göndərdi
"Barselona"nın qapıları Messinin üzünə açıqdır"
"Çelsi"yə transfer qadağası qoyuldu
“D” lisenziyalı məşqçi kursları keçiriləcək
"Şəki Siti"dən möhtəşəm geridönüş, "Şirvan"dan qələbə
“Neftçi” adının ağırlığını ortaya qoymalıyıq" - Kenan Piriç
AFFA-dan 500 min avroluq maaş iddialarına münasibət
"Barselona" baş məşqçisi ilə müqaviləni uzadır
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Rui Jorjenin köməkçiləri açıqlandı
"Kütləvi şəkildə milliləşdirmə olmayacaq" - Sərxan Hacıyev
"Barselona" prezidentliyinə namizəd: "Nəticə utancvericidir"
"Liverpul" - "Qalatasaray" matçının hakimləri bilindi
Misli Premyer Liqasında 6 oyunun saatı məlum oldu
Tite istefaya göndərildi
Yarımfinalda ilk oyunların vaxtı açıqlandı
"Şamaxı" üçün ikiqat yubiley
16 yaşında Premyer Liqa rekordu qırdı
Emin Mahmudov "Neftçi"nin tarixinə belə düşdü
Musa “100”ə çatdı
Eşli Koul baş məşqçisi təyin edildi
Mirbağır İsayevə yeni vəzifə verildi
Azərbaycan çempionatları tarixində 9-cu
Kökçüdən möhtəşəm qol - Video