“Xarı Bülbül Şuşa” voleybol klubu Azərbaycan Voleybol Federasiyasına (AVF) müraciət ünvanlayıb.
Qol.az xəbər verir ki, müraciət 23 noyabrda Yüksək Liqa çərçivəsində keçirilməsi nəzərdə tutulan oyunun təxirə salınması ilə bağlı olub.
Sənəddə bildirilir ki, “Xarı Bülbül Şuşa” klubu Çağırış kubokunun 1/16 final mərhələsi çərçivəsində noyabrın 29-da Yunanıstanın “Panatinaikos” kollektivinə qarşı cavab matçına çıxacaq. “Xarı Bülbül Şuşa”nın bu oyuna səmərəli hazırlaşa bilməsi üçün noyabrın 23-də Azərbaycan çempionatında keçirilməsi nəzərdə tutulan “Xarı Bülbül Şuşa” - “Xarı Bülbül Laçın” matçının təxirə salınması xahiş olunub.
AVF daxil olmuş müraciəti nəzərə alaraq, noyabrın 23-ə planlaşdırılan “Xarı Bülbül Şuşa” - “Xarı Bülbül Laçın” matçının təxirə salınması ilə bağlı qərar qəbul edib.
Prosport.az saytının yaydığı xəbərə görə isə kişilərdən ibarət "Xarı Bülbül Şuşa" və "Xarı Bülbül Laçın" komandaları dağılmaq təhlükəsinin astanasındadır.
Bildirilir ki, bu mövsüm Yüksək Liqanın ilk turunda üz-üzə gəlməli olan komandaların oyununun təxirə salınmasının əsas səbəbi maliyyə ilə bağlıdır.
Komanda federasiyadan maliyyələşmədiyindən, klub prezidenti təyin olunan Hacı Nuran Hüseynov isə sponsor tapmaq yönündə üzərinə düşən öhdəlikləri yerinə yetirə bilmədiyindən, hər iki komanda dağılmaq təhlükəsi ilə üzləşib. Danışıqlar aparılan şirkətlər komandaya sponsorluq etmək istəməyib. Artıq Hacı Nuran "Xarı Bülbül Şuşa"nın prezidenti postundan kənarlaşdırılıb.
Komanda hazırda 3 aydır ki, maaş üzünə həsrətdir. "Xarı Bülbül Şuşa" bu səbəbdən avrokubokda – Çelenc Kubokunun 1/16 final mərhələsində Yunanıstanın "Panatinaikos" komandasına qarşı Bakıda oyuna çıxmaq istəməyib. Yalnız Azərbaycan Voleybol Federasiyası 1 ayın maaşını ödəməyi boynuna götürdükdən sonra, məşqlər bərpa olunub və komanda oyuna çıxıb.
Bununla belə, "Xarı Bülbül Şuşa"nın Afinada keçirəcəyi səfər oyununa çıxması sual altındadır. Çünki noyabrın 29-da baş tutacaq oyun üçün təyyarə biletləri maliyyə problemləri ucbatından alınmayıb. Əgər komanda 3 gün ərzində maliyyə tapa bilməsə, komanda dağılacaq və texniki məğlubiyyət veriləcək. Bundan başqa, Avropa Voleybol Konfederasiyasının (CEV) bu duruma görə Azərbaycan Voleybol Federasiyasını cəzalandıracağı istisna olunmur.
Qeyd edək ki, "Xarı Bülbül Şuşa" Çelenc Kubokunun 1/32 finalında Slovakiyanın "Spartak" klubunu Bakıda keçirdiyi hər iki oyunda məğlub etməyi bacarmışdı.
“Bizə sadəcə vaxt lazımdır” - "Şəfa"nın baş məşqçisi
Rüfətin komandası finala gedən yolda büdrədi
"Neftçi" "Sumqayıt"a, "Zirə" "Şəfa"ya qalib gəldi
Şotlandiya millisində yeni baş məşqçi
"Real"a dönüşü gələn ilə qala bilər
“Sumqayıt”ın baş məşqçisi “Neftçi”yə məğlubiyyətdən danışdı
Mahir Emreli qol ötürməsi verdi
"Neftçi"nin 3 qollu qələbəsindən - Video
"Arsenal" 18-ci dəfə İngiltərə Superkubokunun qalibi oldu
Həm "Qalatasaray"dan, həm "Roma"dan təklifi var
Superliqa matçında 4 yaşlı azarkeşə qarşı xoşagəlməz hadisə
“Zirə” - “Şəfa”: Heyətlər
“Çox güman ki, bu, futboldakı son ilimdir” - Ronaldo
Misli Premyer Liqasında 2-ci turun təqvimi
“Sabah” və “Qarabağ”ın çempionat oyunları təxirə salındı
Amorim onlara əlavə istirahət verdi
“Qarabağ”ın rəqibindən qələbə
“Sumqayıt” - “Neftçi”: Heyətlər
"Sabah" - "Hapoel" matçının biletləri satışa çıxarıldı
Arteta Premyer Liqada çempionluq yarışından danışdı
“Sportinq” İrankundanı transfer etdi
“Liverpul”un hücumçusu "Tottenhem"lə razılaşdı
Azərbaycanın iki boksçusu Avropa çempionatının 1/4 finalında
Zubirin təvazökar gedişi - Vida oyunu istəməyib!
“Sabahın Ulduzları” yarışında daha 3 oyun keçirildi
Ozan Can əvvəl gözəl qol, sonra rəqibinə kəllə vurdu - Video
Zubirdən vida mesajı
“Real” Mourinyonun iki istəyini yerinə yetirməyib
“Qarabağ” Zubirin getdiyini - Rəsmən açıqladı
Duran "Seltik"də ilk rəsmi qolunu vurdu
"Sabah"la oyun ən çətini olacaq" - "Hapoel"in baş məşqçisi
"Sabah"ın rəqibi 0:4 hesabı ilə uduzdu
"İnter" İngiltərə millisinin üzvünü transfer etdi
"Ayaks"ın vingeri PSJ-yə keçdi - Rəsmi
Toral “Bursaspor”da növbəti oyuna çıxdı - Video
"Sabah" mövsümə bu qələbə ilə start verdi - Video
La Liqada yeni mövsüm başladı
"Trabzonspor"dan heç-heçə, "Fənərbaxça" uduzdu