Hakimi təhqir edən futbolçuya 4 oyunluq cəza

Hakimi təhqir edən futbolçuya 4 oyunluq cəza
XƏBƏR 23 Noyabr 2023 / 15:10 1397
-  A +

AFFA İntizam Komitəsi 2-ci liqa təmsilçisi “Dinamo”nun futbolçusu Yusif Cəfərovu cəzalandırıb.

QOL.az qurumun saytına istinadən xəbər verir ki, buna onun Azərbaycan Kubokunun 1-ci təsnifat mərhələsində “Göygöl”ə qarşı  oyunda hakimləri təhqir etməsi səbəb olub. Y. Cəfərov ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanıb, klub 300 manat cərimə edilib.

Qeyd edək ki,  "Dinamo" sözügedən görüşdə "Göygöl"ə  1:2 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.


Qarabağ FK
Son xəbərlər
16.08.26  12:48

Zubirdən vida mesajı

topaz banner