“Neftçi”dən "Zenit"lə mümkün revanş oyunu ilə bağlı açıqlama

“Neftçi”dən "Zenit"lə mümkün revanş oyunu ilə bağlı açıqlama
XƏBƏR 19 Noyabr 2023 / 14:49 2673
-  A +

Azərbaycanın “Neftçi”sinin mətbuat xidmətinin rəhbəri Emin Əfəndi komandanın Sankt-Peterburq “Zenit”i ilə mümkün revanş oyunu ilə bağlı sualı cavablandırıb.

QOL.az sport24.ru-ya istinadən xəbər verir ki, o deyib:

“Zenit" rəhbərliyi ilə əla münasibətimiz var. “Revaşns” deməzdim, amma biz mütləq oynayacağıq və əməkdaşlıq edəcəyik. “Neftçi” 1937-ci ildə yaradılıb və Azərbaycanın ən qədim futbol klubudur. SSRİ çempionatlarında tez-tez görüşdüyümüz keçmiş İttifaq klublarını məğlub etmək həmişə xoşdur".

Xatırladaq ki, dünən “Neftçi” yoxlama oyununda "Zenit"i 2:1 hesabı ilə məğlub edib. 

Daha çox


Son xəbərlər
topaz banner