"İnter"in bu futbolçusu "Yuventus"a qarşı oynaya bilməyəcək

"İnter"in bu futbolçusu "Yuventus"a qarşı oynaya bilməyəcək
XƏBƏR 17 Noyabr 2023 / 21:57 1144
-  A +

"İnter"in müdafiəçisi Alessandro Bastoni zədələnib.

QOL.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, İtaliya millisinin məşqi zamanı sıradan çıxıb. Bu səbəbdən futbolçu Avro-2024-ün seçmə mərhələsi çərçivəsində Şimali Makedoniya və Ukraynaya qarşı oyunları buraxacaq.

Bastoni ən yaxşı halda 2 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Ona görə də Alessandro A seriyasında "Yuventus" - "İnter" matçında iştirak edə bilməyəcək. Bu oyun noyabrın 26-da keçiriləcək.


Son xəbərlər
topaz banner