Çili millisinin baş məşqçisi istefa verdi

Çili millisinin baş məşqçisi istefa verdi
XƏBƏR 17 Noyabr 2023 / 13:49 1160
-  A +

Çili millisinin baş məşqçisi Eduardo Berisso vəzifəsindən istefa verib.

QOL.az xəbər verir ki, onun komandası DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Paraqvayla heç heçə edib - 0:0. Görüşdən sonra mətbuat konfransında 54 yaşlı mütəxəssis istefasını açıqlayıb. 

Qeyd edək ki, Berisso 2022-ci ilin may ayından Çili yığmasının baş məşqçisi idi. Argentinalı mütəxəssisin rəhbərliyi altında Çili DÇ-2026-nın seçmə mərhələsində 5 oyundan sonra 5 xal toplayaraq turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Ümumilikdə yığma Berisso ilə 16 oyun keçirib, 4 dəfə qalib gəlib, 5 dəfə heç-heçə edib.


Dünya Çempionatı 2026
Son xəbərlər
24.06.26  11:42

Messi 39 yaşında

23.06.26  21:30

Ronaldodan yeni rekord

topaz banner