Xəbər verdiyimiz kimi bu günlərdə AFFA-nın təşkilatçılığı ilə "Qəbələ"nin U-19 və “Sabah”ın U-17 komandasında çalışan Zaur Hacıyevlə Saşa Yunisoğlu təcrübə keçmək məqsədilə "Fənərbaxça" klubunun akademiyasında olublar. Bir həftə İstanbul klubunun düşərgəsində olan azərbaycanlı məşqçilər akademiyanın iş prinsipi ilə yaxından tanış olub, fikir mübadiləsi aparıblar.
Səfərlə bağlı AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli QOL.az-a açıqlama verib. O bildirib ki, bu təşəbbüsü AFFA-nın baş katibi Sərxan Hacıyev irəli sürüb:
"Qərara aldıq ki, ötən mövsüm U-17 və U-19 liqalarında qalib gəlmiş komandaların baş məşqçiləri Saşa Yunusoğlu ("Sabah", U-19 və Zaur Hacıyevi ("Qəbələ", U-17) təcrübə toplamaq üçün ölkə xaricinə yollayaq. Biz daha çox Türkiyə variantına üstünlük verirdik. Çünki Türkiyə qardaş ölkədir, burda mental yaxınlıq da var. Həm də məşqçilər orda özlərini kifayət qədər rahat hiss edəcəkdilər. Eyni zamanda viza məsələləri ilə bağlı ləngimə də olmayacaqdı. Həm də Türkiyə və Azərbaycan futbol Federasiyaları sıx əməkdaşlıq edirlər. Ötən il qardaş ölkədə baş verən dəhşətli zəlzələ zamanı "Qarabağ", "Sabah" kimi klublarımız dəstək məqsədi ilə Türkiyə təmsilçiləri ilə xeyriyyə oyunları keçirdilər.

Milli komandaların skautu, vaxtilə "Fənərbaxça"da çıxış etmiş İlqar Qurbanov İstanbul klubu ilə danışdı və qarşı tərəf bizim təklifimizi müsbət qarşıladı. Məşqçilər "Fənərbaxça" Akademiyasının infrastrukturu,müasir texnologiyaları, iş metodikası və prinsipləri ilə yaxından tanış olmaq imkanı əldə etdilər. Bu cür səfərlər məşqçilərimizin karyerası baxımından olduqca faydalı olacaq. Onlar xaricdəki həmkarlarının iş prinsiplərini, onların futbola olan baxışlarını öyrənmək imkanı əldə edəcəklər.
AFFA bu layihəni davam etdirmək niyyətindədir. Çalışacağıq ki, mövsümün yekunlarına əsasən, digər yaş qruplarından olan komandaların da məşqçilərini ölkə xaricinə təcrübəyə göndərək. Təbii ki, bu məşqçilər üçün də stimul rolunu oynayacaq".
“Bizə sadəcə vaxt lazımdır” - "Şəfa"nın baş məşqçisi
Rüfətin komandası finala gedən yolda büdrədi
"Neftçi" "Sumqayıt"a, "Zirə" "Şəfa"ya qalib gəldi
Şotlandiya millisində yeni baş məşqçi
"Real"a dönüşü gələn ilə qala bilər
“Sumqayıt”ın baş məşqçisi “Neftçi”yə məğlubiyyətdən danışdı
Mahir Emreli qol ötürməsi verdi
"Neftçi"nin 3 qollu qələbəsindən - Video
"Arsenal" 18-ci dəfə İngiltərə Superkubokunun qalibi oldu
Həm "Qalatasaray"dan, həm "Roma"dan təklifi var
Superliqa matçında 4 yaşlı azarkeşə qarşı xoşagəlməz hadisə
“Zirə” - “Şəfa”: Heyətlər
“Çox güman ki, bu, futboldakı son ilimdir” - Ronaldo
Misli Premyer Liqasında 2-ci turun təqvimi
“Sabah” və “Qarabağ”ın çempionat oyunları təxirə salındı
Amorim onlara əlavə istirahət verdi
“Qarabağ”ın rəqibindən qələbə
“Sumqayıt” - “Neftçi”: Heyətlər
"Sabah" - "Hapoel" matçının biletləri satışa çıxarıldı
Arteta Premyer Liqada çempionluq yarışından danışdı
“Sportinq” İrankundanı transfer etdi
“Liverpul”un hücumçusu "Tottenhem"lə razılaşdı
Azərbaycanın iki boksçusu Avropa çempionatının 1/4 finalında
Zubirin təvazökar gedişi - Vida oyunu istəməyib!
“Sabahın Ulduzları” yarışında daha 3 oyun keçirildi
Ozan Can əvvəl gözəl qol, sonra rəqibinə kəllə vurdu - Video
Zubirdən vida mesajı
“Real” Mourinyonun iki istəyini yerinə yetirməyib
“Qarabağ” Zubirin getdiyini - Rəsmən açıqladı
Duran "Seltik"də ilk rəsmi qolunu vurdu
"Sabah"la oyun ən çətini olacaq" - "Hapoel"in baş məşqçisi
"Sabah"ın rəqibi 0:4 hesabı ilə uduzdu
"İnter" İngiltərə millisinin üzvünü transfer etdi
"Ayaks"ın vingeri PSJ-yə keçdi - Rəsmi
Toral “Bursaspor”da növbəti oyuna çıxdı - Video
"Sabah" mövsümə bu qələbə ilə start verdi - Video
La Liqada yeni mövsüm başladı
"Trabzonspor"dan heç-heçə, "Fənərbaxça" uduzdu