“Qarabağ”a qarşı oynamaq hər zaman çətindir. Neçə illərdir çempiondurlar. Komandanın heyəti çox güclüdür, 24 futbolçunun hamısı çempionatda yüksək səviyyədə çıxış edə bilər. Ümumi götürdükdə pis oynamadıq. Sadəcə ilk yarıda heç nədən, çox sadə qollar buraxdıq”.
Qol.az saytına açıqlamasında bu sözləri “Səbail”in müdafiəçisi Adi Mehremiç Misli Premyer Liqasının 13-cü turu çərçivəsində dünən “Qarabağ”a 1:3 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.
Bosniyalı müdafiəçi matçın hakimlərindən narazılıq edib: “Düzdür, məğlub olmuşuq, amma anlaya bilmirəm ki, hakim necə üçüncü qolda ofsayd qərarı vermədi. VAR-a 5 dəqiqə baxırlar. Halbuki mən 100 faiz əminəm ki, orada ofsayd var idi. Bəlkə də həmin qol olmasaydı, biz fərqləndikdən sonra nəyəsə ümid etmək olardı. Lakin hakimlik barədə çox danışmaq istəmirəm. Oynamaq, xallar qazanmaq lazımdır”.
Paytaxt klubu matça ciddi itkilərlə çıxmışdı. Lakin Mehremiç qeyd edib ki, bu məqam görüşdən öncə qələbəyə olan inamlarını azaltmamışdı: “Ağabala və Ramalinqomun yoxluğu bizim üçün ciddi itkidir. Bu gün də onların yeri meydanda görünürdü. İnanıram ki, tezliklə hər ikisi yenidən bizimlə birgə olacaq. Amma istənilən halda əvvəldən məğlubiyyət barədə düşünmürdük. Əlimizdən gəldiyi qədər mübarizə apardıq”.
31 yaşlı müdafiəçi bildirib ki, çempionatda milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə komandasının xeyrinə olacaq: “Bir qədər dincələcəyik, gücümüzü bərpa edəcəyik. İnşallah zədəlilərimiz də sıraya qayıdacaq. Fasilədən sonra yenidən güclü “Səbail” görəcəyinizə əminəm”.
O, növbəti turda qarşılaşacaqları “Kəpəz”in “Araz-Naxçıvan”ı məğlub etməsini sürpriz saymır: “Çempionat elə keçir ki, hər hansı nəticəyə təəccüblənmək olmur. Hər komanda digərini məğlub edə bilər. Sadəcə köklənmək və hər oyunda 100 faiz gücünü meydanda qoymalısan”.
Mehremiç son zamanlar meydanda komanda yoldaşı Yusif Nəbiyevlə tez-tez mübahisə etmələrinə də aydınlıq gətirib: “Aramızda hər hansı bir problem yoxdur. Mən də, Yusif də enerjili oyunçularıq. Uduzmağı sevmirik, hər zaman qalib gəlmək istəyirik. Nəsə alınmayanda dərhal buna reaksiya veririk. Yəni oyunlar zamanı belə halların yaşanması normaldır. Nə olursa, meydanda da qalır. Meydandan kənarda yaxın dostuq və bir-birimizlə çox yaxşı anlaşırıq”.
Adi “ Sumqayıt”ın turnir cədvəlində “Səbail”i geridə qoymasına da toxunub: “Xalımız eynidir, sadəcə “Sumqayıt” şəxsi görüşdə üstünlüyə malikdir. İlk dövrədə onlara uduzmuşduq. Dekabrın sonunda yenidən üz-üzə gələcəyik. İnanıram ki, həmin matçda ilk turdakı məğlubiyyətin əvəzini çıxıb, qış fasiləsinə üçüncü pillədə yollanacağıq”.
Bosniyalı futbolçu bildirib ki, “Səbail”lə avrokuboklara vəsiqə qazanmağı arzulayır: “İkinci dövrəni üçüncü, yaxud dördüncü pillədə başa vursaq, əla olar. Bunun üçün sona qədər mübarizə aparacağıq. Rəhbərlik qarşımıza konkret üçüncü olmalısız deyə hədəf qoymayıb. Sadəcə mən avrokuboklara vəsiqə qazanmağı çox istəyirəm. Fərqi yoxdur, çempionatdan, yaxud kubokdan. Kubokda da şansımız var. Bilirəm ki, “Qarabağ”, “Neftçi” və “Sabah” kimi komandalarla finala qədər qarşılaşmayacağıq. Bu da kubokla bağlı ümidləri artırır. Lakin buna hələ vaxt var”.
“Bizə sadəcə vaxt lazımdır” - "Şəfa"nın baş məşqçisi
Rüfətin komandası finala gedən yolda büdrədi
"Neftçi" "Sumqayıt"a, "Zirə" "Şəfa"ya qalib gəldi
Şotlandiya millisində yeni baş məşqçi
"Real"a dönüşü gələn ilə qala bilər
“Sumqayıt”ın baş məşqçisi “Neftçi”yə məğlubiyyətdən danışdı
Mahir Emreli qol ötürməsi verdi
"Neftçi"nin 3 qollu qələbəsindən - Video
"Arsenal" 18-ci dəfə İngiltərə Superkubokunun qalibi oldu
Həm "Qalatasaray"dan, həm "Roma"dan təklifi var
Superliqa matçında 4 yaşlı azarkeşə qarşı xoşagəlməz hadisə
“Zirə” - “Şəfa”: Heyətlər
“Çox güman ki, bu, futboldakı son ilimdir” - Ronaldo
Misli Premyer Liqasında 2-ci turun təqvimi
“Sabah” və “Qarabağ”ın çempionat oyunları təxirə salındı
Amorim onlara əlavə istirahət verdi
“Qarabağ”ın rəqibindən qələbə
“Sumqayıt” - “Neftçi”: Heyətlər
"Sabah" - "Hapoel" matçının biletləri satışa çıxarıldı
Arteta Premyer Liqada çempionluq yarışından danışdı
“Sportinq” İrankundanı transfer etdi
“Liverpul”un hücumçusu "Tottenhem"lə razılaşdı
Azərbaycanın iki boksçusu Avropa çempionatının 1/4 finalında
Zubirin təvazökar gedişi - Vida oyunu istəməyib!
“Sabahın Ulduzları” yarışında daha 3 oyun keçirildi
Ozan Can əvvəl gözəl qol, sonra rəqibinə kəllə vurdu - Video
Zubirdən vida mesajı
“Real” Mourinyonun iki istəyini yerinə yetirməyib
“Qarabağ” Zubirin getdiyini - Rəsmən açıqladı
Duran "Seltik"də ilk rəsmi qolunu vurdu
"Sabah"la oyun ən çətini olacaq" - "Hapoel"in baş məşqçisi
"Sabah"ın rəqibi 0:4 hesabı ilə uduzdu
"İnter" İngiltərə millisinin üzvünü transfer etdi
"Ayaks"ın vingeri PSJ-yə keçdi - Rəsmi
Toral “Bursaspor”da növbəti oyuna çıxdı - Video
"Sabah" mövsümə bu qələbə ilə start verdi - Video
La Liqada yeni mövsüm başladı
"Trabzonspor"dan heç-heçə, "Fənərbaxça" uduzdu