Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazandılar

Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazandılar
XƏBƏR 13 Noyabr 2023 / 10:50 688
-  A +

Azərbaycan cüdoçuları Macarıstanın Dyör şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kuboku turnirində 2 gümüş və 2 bürünc medal əldə edib.

Qol.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, cüdoçularımız yarışda medal əyarına görə ümumi hesabda 11-ci, oğlanlar arasında isə 6-cı yeri tutub.

İki gün davam edən yarışda Azərbaycan oğlanlar arasında 7 çəki dərəsində 32 cüdoçu ilə təmsil olunub. Cüdoçularımız turnirin ilk günündə 2 gümüş medal əldə edib.

Turnirin ikinci günündə oğlanlar arasında -73 kq., -81 kq. və -90 kq. çəki dərəcələrində 11 cüdoçumuz medallar uğrunda mübarizə aparıb. -73 kq. çəkidə Əhməd Mehdiyev və -81 kq. çəkidə Əli Qazıməmmədov bürünc medal qazanıblar. 


Son xəbərlər
topaz banner