Azərbaycanlı futbolçunun komandasından qələbə

Azərbaycanlı futbolçunun komandasından qələbə
XƏBƏR 11 Noyabr 2023 / 17:19 1252
-  A +

 Türkiyə 1-ci liqasında 12-ci turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, azərbaycanlı futbolçu Bəxtiyar Həsənalızadənin formasını geyindiyi "Tuzlaspor" bu gün doğma meydanda "Giresunspor"la qarşılaşıb. Matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

"Tuzlaspor" - "Giresunspor" - 3:1
Qollar
: Saviçeviç, 21-pen. (0:1), Adeniyi, 44 (1:1), Ciftci, 71 (2:1), Yazar, 90+4 (3:1)

Bəxtiyar bu görüşdə iştirak edib. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

"Tuzlaspor" 11 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb. Siyahıya 27 xalla "Eyüpspor" başçılıq edir.


Son xəbərlər
topaz banner