Uzun müddətdir zədədən əziyyət çəkən "Bayer"in futbolçusu Patrik Şikin "Qarabağ"la görüşdə meydana çıxacağı gözlənilir.
Qol.az "Bild"ə istinadən xəbər verir ki, bunu Leverkuzen təmsilçisinin baş məşqçisi Xabi Alonso deyib.
Çexiyalı hücumçu "Volfsburq"la Bundesliqa matçında iştirak ərizəsinə salınsa da, oyun şansı qazanmayıb. Alonso bildirib ki, onu Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Qarabağ"la keçiriləcək oyunda meydana buraxa bilər:
"Patrikə ehtiyacımız var. Onun yenidən heyətə qayıtmasına şadıq. "Volfsburq"la oyunun gedişatı Patrikin meydana çıxmasına mane oldu. Ümid edirəm ki, biz daha çox nəzarətə malik olacağımız növbəti oyunda o da şans qazanar. O zaman daha yaxşı qərar verə bilərik. Patrik 10-15 dəqiqə oynaya bilər".
Patrik Şik zədə səbəbindən mart ayından bəri meydana çıxmayıb. O, ötən mövsüm Bundesliqada 27 oyuna 24 qol vuraraq komandasının bombardiri olub.
Qeyd edək ki, “Bayer” – “Qarabağ” oyunu oktyabrın 26-da “Bay-Arena”da keçiriləcək.
İlin ən yaxşı məşqçisi müəyyənləşdi
"Quba" "Şəmkir"i belə məğlub etdi - Video
Millimizin üzvü oynadı, komandası uduzdu
Vinisius Junior Qızıl top” mükafatında 6-cı yeri tutub
"Neftçi"dən ayrılan futbolçu Afrika klubunda
"Barselona"nın futbolçusu 3 həftə oynamayacaq
Simon Banza da ərəb klubuna keçdi
"Şəmkir" uduzdu, "Ağdaş" və "Şirvan"dan qələbə
Bu həftə keçiriləcək oyunların hakimləri
Buskets karyerasını bitirir
III MDB Oyunlarında futbol yarışının püşkü atıldı
Mastercard Insights: İdman turizmin katalizatoru kimi
1-ci liqa klubunun futbolçusuna cəza
"Səbail" malili oyunçu transfer etdi
Mövsümün futbolçusu kim olub?
Xabi Alonso Arda Güler haqda