"Ağlamaq istəmirdim, amma ailəmdən, mənimlə olan insanlardan danışmağa başlayanda emosiyalarımı saxlaya bilmədim. Göz yaşları mənim üçün gözlənilməz oldu".
QOL.az xəbər verir ki, bu sözləri ötən gecə "Qızıl top" mükafatını alan Usman Dembele ilkin təəssüratlarını bölüşərkən deyib.
PSJ-nin futbolçusu qeyd edib ki, "Qızıl top"u qazanmaq əvvəldən şəxsi hədəfi olmayıb: "Amma belə bir mükafat qazanmaq çox xüsusi bir andır. Bu mükafat həm də komanda işinin nəticəsidir. Bunu təkcə öz uğurum kimi qəbul etmirəm. Komanda yoldaşlarım, məşqçilərim, klub və azarkeşlər olmadan bunu qazanmaq mümkün deyildi".
Dembele daha əvvəl oynadığı klublara da - Dortmund "Borussiya"sı, "Renn" və "Barselona"ya təşəkkür edib: "Orada öyrəndiyim şeylərin hazırkı uğurumda böyük rolu oldu" - deyə Dembele əlavə edib.
İsmail Kartal: “Məyusuq”
Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”
“Sabah” layiqli mübarizə apardı. Təbriklər!” - Niko Kovaç
“Sabah” – “Borussiya” matçının ən yaxşı oyunçusu kim oldu?
"Fənərbaxça" son anda qələbəni əldən verdi
Yaxşı mübarizə, məyusedici nəticə
Keyn liderdir, siyahıda başqa kimlər var?
“Fənərbaxça”nın futbolçusu sıradan çıxdı
“El Klasiko”ya təyin olunan hakim dəyişdirilir?
"Turan" voleybol klubundan ÇL-də uğurlu debüt
36 yaşında karyerasını bitirir