"Sumqayıt"ın məşqçisi: "Başa düşmədim, niyə qırmızı vərəqə aldım"

"Sumqayıt"ın məşqçisi: "Başa düşmədim, niyə qırmızı vərəqə aldım"
XƏBƏR 23 Sentyabr 2023 / 20:42 2056
-  A +

“İlk növbədə lokal antiterror tədbirləri zamanı şəhid olmuş hərbçilərimizə Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı verirəm. Oyuna gəldikdə, 2 məğlubiyyətdən sonra bu gün qalib gəlmək istəyirdik. Təəssüf ki, alınmadı”. 

Qol.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın məşqçisi Mübariz Orucov Misli Premyer Liqasının 7-ci turunda “Turan Tovuz”a qarşı keçirilən oyundan sonra təşkil olunan mətbuat konfransında deyib. 

O, heç-heçənin (0:0) ədalətli nəticə olduğunu bildirib: “İkinci hissədə real qol şanslarımız oldu. Onları dəyərləndirsəydik, meydandan 3 xalla ayrıla bilərdik. Amma hesab edirəm ki, heç-heçə ədalətli nəticədir”. 

“Sumqayıt”ın məşqçisi aldığı qırmızı vərəqəyə belə münasibət bildirib: “Mən özüm də başa düşmədim ki, niyə qırmızı vərəqə aldım. Oyunun gərginliyindən 20-30 santimetr xətti keçmək olar. Belədə heç olmasa sarı vərəqə versinlər də. Açığı, tam başa düşmədim. Hakim deyir ki, qaydalarda belədir. Mən 5-6 metr irəliləyib nəyəsə etiraz etsəydim, o zaman qərarı anlayışla qarşılayardım. Bilmədən 20 santimetr xətti tapdalamağa görə qırmızı vərəqə nə dərəcədə doğru qərardır? Sarı verərdi də, qırmızı vərəqəyə ehtiyac yox idi”.

Daha çox


Son xəbərlər
topaz banner