"Qəbələ"nin mətbuat xidmətinə yeni rəhbər təyin olundu

"Qəbələ"nin mətbuat xidmətinə yeni rəhbər təyin olundu
XƏBƏR 23 Sentyabr 2023 / 14:59 1410
-  A +

“Qəbələ” İdman Klubunda yeni təyinat reallaşıb.

Qol.az klubun saytına istinadən xəbər verir ki, Asəf Zeynallı "qırmızı-qaralar"ın Media və Marketinq Departamentinin yeni rəhbəri təyin olunub.

O, bunadək “CBC Sport” telekanalında Xəbərlər Departamentinin redaktoru vəzifəsində çalışıb. Həmçinin, müxtəlif daxili və beynəlxalq idman yarışlarını şərh edib.

A.Zeynallı əvvəllər müxtəlif mətbuat orqanlarında idman müxbiri kimi fəaliyyət göstərib.

Daha çox


Son xəbərlər
topaz banner