Liviyada güclü daşqınlar nəticəsində dörd futbolçu ölüb

Liviyada güclü daşqınlar nəticəsində dörd futbolçu ölüb
XƏBƏR 14 Sentyabr 2023 / 09:00 1082
-  A +

Liviya Futbol Assosiasiyası "Daniel" qasırğasından sonra daşqınlar nəticəsində ən azı dörd futbolçunun öldüyünü açıqlayıb.

Qol.az-ın xəbərinə görə, qurumdan "Al Jazeera" kanalına bildirilir ki, ölən futbolçular “Şahin Əl-Camil, Saleh Sassi, Əl-Hüseyn Şaluf və Muntera Sadakidir.

Ötən həftə sonu Aralıq dənizi fırtınası Liviyanın şərqində daşqınlara səbəb olub, ölkənin bir çox ərazisini elektrik və rabitəsiz qoyub, yaşayış binalarını və yolları su basıb. İlkin məlumatlara görə, 5,3 mindən çox insan ölübb, 10 mindən çox insan isə itkin düşmüş hesab olunur.

Liviyada üç günlük milli matəm elan edilib. Qasırğa və daşqınlardan zərər çəkmiş bütün ərazilər fəlakət zonası kimi tanınıb.

Daha çox


Son xəbərlər
topaz banner