“Zəngəzur” Avropa Kubokunda ilk oyununda qalib gəldi

“Zəngəzur” Avropa Kubokunda ilk oyununda qalib gəldi
XƏBƏR 13 Sentyabr 2023 / 18:41 1907
-  A +

“Zəngəzur” minifutbol komandası Bolqarıstanda keçirilən Avropa Kubokunda ilk oyununa çıxıb.

Qol.az xəbər verir ki,  A qrupunda yer alan Azərbaycan təmsilçisi açılış oyununda yerli “Qalaktiko Vratsa” ilə qarşılaşıb. 

Matç “Zəngəzur”un 2:0 hesablı qələbəsi ilə başa çatıb.

"Zəngəzur" - “Qalaktiko Vratsa” - 2:0
Qollar:
Elməddin Hüseynzadə, 31, Haqverdi Həsənov, 39

Qeyd edək ki, “Zəngəzur” sentyabrın 14-də qrup çərçivəsində daha iki oyun keçirəcək. Azərbaycan komandası saat 10:00-da Yunanıstan TMT-si, 18:00-da isə Çexiya “Veşka Olomuç”u ilə üz-üzə gələcək.

Daha çox


Son xəbərlər
topaz banner