"Azərbaycan millisinə asanlıqla qalib gələcəyimiz gözlənilirdi, amma olmadı"

"Azərbaycan millisinə asanlıqla qalib gələcəyimiz gözlənilirdi, amma olmadı"
XƏBƏR 11 Sentyabr 2023 / 11:13 4137
-  A +

Belçika yığmasının yarımmüdafiəçisi Amadu Onana Avro-2024-ün seçmə mərhələsində Azərbaycan millisinə qalib gəldikləri (1:0) matç haqqında danışıb.

Qol.az "nexussports.co"ya istinadən xəbər verir ki, "Everton"un 22 yaşlı futbolçusu görüşün çətin keçdiyini vurğulayıb: 

“Mürəkkəb meydanda çətin oyun oldu. Asanlıqla qalib gələcəyimiz gözlənilirdi, amma asan oyun olmadı. Tapşırıq qol vurub Bakıdan üç xalla qayıtmaq idi ki, biz buna nail olduq. Ən əsası qələbə qazanmaqdır. Yarımmüdafiəyə yaxşı nəzarət etdik, müdafiədə yaxşı oynadıq və xətlər arasında aqressiv qalmağa çalışdıq. Azərbaycan bizə problemlər yaratdı, amma ümumilikdə bu rəqibə hörmət etmək lazımdır”.

Daha çox


Son xəbərlər
topaz banner