Almaniya millisinin baş məşqçisi vəzifəsinə əsas namizədlər

Almaniya millisinin baş məşqçisi vəzifəsinə əsas namizədlər
XƏBƏR 11 Sentyabr 2023 / 09:05 2979
-  A +

Almaniya millisinin baş məşqçisi vəzifəsinə əsas namizədlər məlum olub.

Qol.az xəbər verir ki, bu barədə 90min.com məlumat yayıb. Namizədlər "Bavariya"nın baş məşqçisi Tomas Tuxel , "Liverpul"un baş məşqçisi Yurgen Klopp və hazırda işsiz olan Yulian Naqelsmanndır. 

Xatırladaq ki, sentyabrın 10-da Almaniya Futbol Assosiasiyasının (DFB) Hans-Diter Fliki millinin baş məşqçisi vəzifəsindən azad edib. Onun köməkçiləri Markus Sorq və Danni Rohl da işdən çıxarılıb.

Daha çox


Son xəbərlər
topaz banner