"Turan Tovuz"un futbolçusu oynadı, Moldova millisi qalib gəldi

"Turan Tovuz"un futbolçusu oynadı, Moldova millisi qalib gəldi
XƏBƏR 10 Sentyabr 2023 / 22:33 2811
-  A +

Avro-2024-ün seçmə mərhələsində 6-cı turun oyunları keçirilir.

Qol.az xəbər verir ki, "Turan Tovuz"un futbolçusu Denis Marandiçinin çıxış etdiyi Moldova millisi səfərdə Farer adaları ilə qarşılaşıb.

Oyun Moldova millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu 53-cü dəqiqədə Vadim Rata vurub.

Start heyətdə meydana çıxan Denis Marandiçi 90 dəqiqə meydanda olub.

Bu qələbə ilə xallarını 8-ə çatdıran Moldova millisi 2-ci pillədə qərarlaşıb. Lider Çexiyanın da 8 xalı var.

Daha çox


Son xəbərlər
topaz banner