İmmobile Səudiyyə Ərəbistanından gələn təkliflərə "yox" dedi

İmmobile Səudiyyə Ərəbistanından gələn təkliflərə "yox" dedi
XƏBƏR 10 Sentyabr 2023 / 10:22 1411
-  A +

"Latsio"nun və İtaliya millisinin hücumçusu Çiro İmmobile bu yay Səudiyyə Ərəbistanından gələn təklifləri rədd edib.

Qol.az xəbər verir ki, bu barədə 33 yaşlı forvard öz açıqlamasında bildirib. O deyib:  

“Bütün bu anları milli komanda ilə yaşamağa davam etmək istəyirdim. Ona görə də Səudiyyə Ərəbistanından gələn təklifləri rədd etdim. Hələ də İtaliya millisinə verəcəklərim var. Avropa çempionatına az qalıb.

Qeyd edək ki, Çiro ötən mövsüm bütün turnirlərdə “Latsio”da 38 matçda 14 qol vurub və 7 qolun ötürməsini verib.

Daha çox


Son xəbərlər
topaz banner