Ronaldo otelinin qapılarını zəlzələdən zərər çəkənlərə açdı

Ronaldo otelinin qapılarını zəlzələdən zərər çəkənlərə açdı
XƏBƏR 10 Sentyabr 2023 / 09:45 4814
-  A +

Portuqaliya millisinin və "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldonun Mərakeşdə yerləşən oteli ölkədə baş verən zəlzələdən zərər çəkənləri pulsuz qəbul edib.

Qol.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb. 

38 yaşlı forvardın "Pestana CR7 Marrakech" otelinin Mərakeşdə yerləşdiyi və 4 ulduz reytinqinə malik olduğu bildirilir. Oteldə fitness mərkəzi, restoran və açıq hovuz da var. Otel ötən gün baş vermiş güclü zəlzələdən sonra zərər çəkənləri pulsuz qəbul edib.

Xatırladaq ki, Mərakeşdə dağıdıcı zəlzələ nəticəsində 2000-dən çox insan həlak olub, yüzlərlə insan yaralanıb.

Daha çox


Son xəbərlər
topaz banner