“Zirə” minifutbol üzrə Çempionlar Liqasında 3-cü oldu

“Zirə” minifutbol üzrə Çempionlar Liqasında 3-cü oldu
XƏBƏR 9 Sentyabr 2023 / 22:29 3908
-  A +

Azərbaycanı minifutbol üzrə Çempionlar Liqasında təmsil edən “Zirə”  tarix yazıb.

Qol.az xəbər verir ki, komanda EMF Çempionlar Liqasının 3-cü yer uğrunda görüşündə ötən ilin çempionu olan Rumınya AEK-i ilə qarşılaşıb. 5:1 hesabı ilə qalib gələn “Zirə” bürünc medal qazanıb.

Həmçinin oxuyun: "Zirə" ÇL-in yarımfinalında uduzdu

"Zirə" - AEK - 5:1
Qollar:
Mirkamil Əliyev, 7, Bəxtiyar Sultanov, 9, Rəvan Kərimov, 30, Seymur Məmmədov, 40,41 - Kristian Vasile, 20

"Zirə" bu turnirdə medal qazanan ilk Azərbaycan klubu olub.

Qeyd edək ki, Azərbaycanın digər təmsilçisi “Birbaşa Bakı” 1/4 finalda məhz AEK-ə məğlub olaraq mübarizəni dayandırıb.

Daha çox


Son xəbərlər
topaz banner