Futzal millimizin Qazaxıstanla oyununun vaxtı və yeri bilindi

Futzal millimizin Qazaxıstanla oyununun vaxtı və yeri bilindi
XƏBƏR 9 Sentyabr 2023 / 14:11 1197
-  A +

DÇ-2024-ün elit-raund mərhələsində oktyabrın 11-də keçiriləcək Qazaxıstan – Azərbaycan oyununun başlama saatı və məkanı açıqlanıb.

Qol.az Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş Astana şəhərindəki “Jekpe-Jek” Arenada keçiriləcək və Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. 

Qeyd edək ki, bu arena 2019-cü ildə istifadəyə verilib. İdman qurgusunda bir neçə növ üzrə beynəlxalq yarışlar və festivallar keçirilib.

Daha çox


Son xəbərlər
topaz banner