Azərbaycanın futzal çempionatında neçə komanda iştirak edəcək?

Azərbaycanın futzal çempionatında neçə komanda iştirak edəcək?
XƏBƏR 8 Sentyabr 2023 / 12:34 1247
-  A +

Futzal üzrə Yüksək Liqanın 2023-2024-cü il mövsümündə iştirak edəcək komandaların adları dəqiqləşib. 

Qol.az xəbər verir ki, bu haqda Azərbaycan Futzal Federasiyası məlumat yayıb. Qurumun İcraiyyə Komitəsinin qərarı ilə “Araz-Naxçıvan”, “Neftçi” İK, “Baku Fire”, U-19, “Yasamal-Baku” və “Record club” komandaları çempionluq adı uğrunda yarışacaq. 

Mövsümə sentyabrın 26-da start veriləcək. Dairəvi sistemlə keçiriləcək yarış 4 dövrədən ibarət olacaq.

Daha çox


Son xəbərlər
topaz banner