"Qarabağ" Futbol Klubunun İdarə Heyətinin üzvü Asif Əsgərov Avropa Klublar Birliyinin (ECA) qərarverici orqanı olan İcraiyyə Şurasına üzv seçilib.
A.Əsgərov bununla bağlı Qol.az saytına açıqlama verib.
O, əvvəlcə Avropa Klublar Birliyində fəaliyyətə başlaması haqqında və İcraiyyə Şurasına üzvlük üçün namizədliyini irəli sürməsi barədə danışıb: "2017-ci ildən Avropa Klublar Birliyinin üzvüyəm. 2019-cu ildə ECA-nın İşçi Qrupunun sədr müavini seçildim. Orada müxtəlif layiələr üzərində aktiv fəaliyyət göstərirdik. 2023-cü ildə İcraiyyə Şurasına seçkilər keçirilməli idi. Buna görə də neçə aydır, hazırlıqlar gedirdi. Avropa Klublar Birliyinin ali rəhbərləritərəfindən belə məsləhət oldu ki, mən namizədliyimi irəli sürsəm, yaxşıdır. Namizədliyimi irəli sürdüm, bir az işlədik, bu gün də belə nəticə aldıq".
O, İcraiyyə Şurasına üzvlük üçün cəmi 2 yerin olduğunu və onlardan birinə özünün seçildiyini qeyd edib: "4 fərqli Sab-qrup var. Onlar ölkə reytinqinə görə tənzimlənirlər. UEFA reytinqində 29-55-ci yerlərdə olan ölkələrin klublarının namizədi kimi mən təqdim olunmuşdum. Orada 2 yer var idi. Allaha şükürlər olsun ki, o iki yerdən birinə mən seçildim. Səsverənlər də 29-55-ci yerlərdəki ölkələrin ən reytinqli klubları idi".
A.Əsgərov qeyd edib ki, Avropa Klublar Birliyində növbəti ildən yeni sistemin tətbiq olunması planlaşdırılır: "Avropa Klublar Birliyi Avropada futbol klublarını birləşdirən yeganə qurumdur. Avropa Klublar Birliyinin verdiyi bütün qərarlar UEFA-da qeydsiz, şərtsiz qəbul olunur. Klublara aid bütün məsələlərin layihəsi Avropa Klublar Birliyi tərəfindən hazırlanır və təsdiqlənir. Növbəti ildən yeni bir sistemə keçilməsi, qrupların ləğv olunması, klubların sayının artırılması, maliyyə tərəfdən klubların dəstəklənməsi planlaşdırılır. Həm akademiyaların, hüquq tərəfdən məsələlərin tənzimlənməsi Avropa Klublar Birliyinin öhdəliyindədir".
O, sonda azərbaycanlı nümayəndələrin Avropa futbol qrumlarında yüksək vəzifələrdə çalışmasının vacib olduğunu qeyd edib: "Bu barədə nəsə desəm, düzgün anlaşılmaya bilər. Ona görə bu haqda cavab verməsəm, daha yaxşıdır. Amma əlbəttə ki, klublarımızın Avropada müxtəlif komitələrdə, işçi qruplarında daha çox təmsil olunması yaxşıdır. Bunun vasitəsi ilə də Avropa futbol ailəsinə inteqrasiyamızı təmin etməyə çalışmalıyıq. Avropada nə qədər çox nümayəndəmiz olsa və bir-birimizi dəstəkləsək, bir o qədər də futbolumuz adına da müsbət təsir olar. Çünki idarəçilik vacibdir".
Yamal komandasının qoluna sevinmədi - Şəkillər
Çempionlar Liqası qalibi klubunu dəyişir
Baş məşqçi klubun 34 illik antirekordunu yenilədi
"Ayntraxt" 4 qollu matçda qələbəni əldən verdi
"Neftçi" "Sumqayıt"ı belə məğlub etdi - Video
"Futbolçu necə oynamaq istəməyə bilər?" - Saşa İliç
"Həmin matçları səbirsizliklə gözləyirəm" - Yuri Vernidub
PSV ardıcıl üçüncü dəfə Niderland çempionu oldu
"Qəbələ" "Kəpəz"ə, "Neftçi" "Sumqayıt"a qalib gəldi
Kökçünün komandası heç-heçəyə razılaşdı
"Uduzacağımızı gözləyirdim" - Azər Bağırov
"Qəbələ"nin inamlı qələbəsindən - Video
"Barselona"nın zədəli futbolçularından xəbər var
"Real"dan PSJ-yə keçə bilər
“Sumqayıt” - “Neftçi”: Heyətlər
Azərbaycandan ayrılıb İslandiya klubuna keçdi
“Nyukasl” Trippyerin ayrılığını açıqladı
"Kəpəz" - "Qəbələ": Heyətlər açıqlandı
Qvardiola bunu ilk dəfə bacardı
Millimizin üzvü oynadı, komandası uduzdu
Qadın hakimi yıxsalar da, kömək etmədilər - Video
Maldini İtaliya futboluna rəhbərlik edə bilər
"Nəticə haqda soruşmağa ehtiyac yoxdur" - Slot 0:4 haqda
“Trabzonspor” - “Qalatasaray” matçında dava düşdü - Video
"Real"ı belə məğlub etdilər - Video
Nəriman ABŞ-da 2-ci oyununa çıxdı
"Mançester Siti" "Liverpul"u darmadağın etdi - Video
“Barselona” “Real”la xal fərqini artırdı
“Arsenal” kubokla vidalaşdı
Zamiqin komandası 3 xalı 3 qolla qazandı
“Bavariya”dan möhtəşəm geridönüş - Video
“Qalatasaray” “Trabzonspor”a uduzdu
Cəlal oynadı, komandası qalib gəldi
“Bayer”dən 6 qollu qələbə - Video
"Çelsi" 7 cavabsız qolla yarımfinalda
"Liverpul" son 11 ilin klub antirekordunu qırdı