Luka Quqeşaşvili İspaniya və Norveçlə oyunlara dəvət aldı

Luka Quqeşaşvili İspaniya və Norveçlə oyunlara dəvət aldı
XƏBƏR 1 Sentyabr 2023 / 14:13 5530
-  A +

“Qarabağ”ın futbolçusu Luka Quqeşaşvili növbəti dəfə Gürcüstan millisinə dəvət olunub.

Qol.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı qapıçı Avro-2024-ün seçmə mərhələsində İspaniya və Norveçlə matçlar üçün yığmaya çağırılıb.

Qeyd edək ki, Gürcüstan yığması sentyabrın 8-də İspaniya ilə Tiflisdə, 11-də isə Norveçlə Osloda üz-üzə gələcək.

Xatırladaq ki, Luka 2021-ci ildən Ağdam təmsilçisində oynayır.


Son xəbərlər
topaz banner