Keyn: "Bavariya" məni daha yaxşı futbolçu edəcək"

Keyn: "Bavariya" məni daha yaxşı futbolçu edəcək"
XƏBƏR 27 Avqust 2023 / 18:29 1237
-  A +

"Bavariya"nın hücumçusu Harri Keyn növbəti dəfə Münhen klubuna keçidi haqda danışıb.

Qol.az xəbər verir ki, 30 yaşlı hücumçu Münhen təmsilçisində daha yüksək səviyyəyə çatacağını deyib:

“Qələbələr qazanmalıyıq. "Bavariya" məni daha yaxşı oyunçu edəcək və yaxşılaşdıracaq. Təcrübə qazanmaq, titullar, Çempionlar Liqası uğrunda mübarizə aparmaq istəyirdim.

Belə böyük klubda oynamaq fantastikadır. Çempionluq haqqında daha az, "Bavariya" haqqında daha çox düşündüm. Necə inkişaf edə bilərəm deyə fikirləşdim. “Bavariya” mənim üçün mükəmməl komandadır”.

Qeyd edək ki, ingiltəəli forvard bu yay transfer pəncərəsində "Tottenhem"dən "Bavariya"ya keçib. O, yeni komandasında 2 oyunda 1 qol vurub və 1 qolun ötürməsini verib.


Son xəbərlər
topaz banner