"Araz-Naxçıvan" və "Turan Tovuz"un futbolçuları Moldova millisində

"Araz-Naxçıvan" və "Turan Tovuz"un futbolçuları Moldova millisində
XƏBƏR 23 Avqust 2023 / 14:58 1886
-  A +

“Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram və “Turan Tovuz”un müdafiəçisi Denis Marandiçi Moldova millisinə çağırılıblar.

Qol.az xəbər verir ki, baş məşqçi Sergey Kleşenko onlara sentyabrda keçiriləcək oyunlar üçün dəvət göndərib.

Moldova yığması sentyabrın 7-də Avstriya ilə yoxlama görüşündə, 10-da isə Farer adaları ilə Avro-2024-ün seçmə mərhələ matçında üz-üzə gələcək.

Qeyd edək ki, Denis Marandiçi 2020, Kristian Avram isə 2021-ci ildən Moldova yığmasına dəvət alır.


Son xəbərlər
topaz banner