“Qarabağ" - “Olimpiya” oyununun biletləri satışa çıxarılır

“Qarabağ" - “Olimpiya” oyununun biletləri satışa çıxarılır
XƏBƏR 23 Avqust 2023 / 00:39 6676
-  A +

UEFA Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” - “Olimpiya” (Sloveniya) oyununun biletləri avqustun 23-ü saat 11:00-dan iticket.az-da satışa çıxarılacaq.

Qol.az klubun yaydığı məlumata istinadən xəbər verir ki, avqustun 31-i saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir. 

Bundan əlavə, VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 200 manatdır.

 Satış məntəqələri:

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları.

Daha çox


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner