Karlos Tevezin yeni iş yeri açıqlandı

Karlos Tevezin yeni iş yeri açıqlandı
XƏBƏR 22 Avqust 2023 / 21:38 3629
-  A +

Məşhur argentinalı sabiq futbolçu Karlos Tevesin yei iş yeri müəyyənləşib.

Qol.az xəbər verir ki, o, "İndependiente"yə (Argentina) baş məşqçi təyin olunub. Bu barədə klubun saytı məlumat yayıb. 

39 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.

Qeyd edək ki, “Qırmızılar” keçmiş hücumçunun məşqçilik karyerasında ikinci komandadır. O, 2022-ci ildə "Rosario Sentral"a rəhbərlik edib, lakin təyinatdan dörd ay sonra istefa verib.


Son xəbərlər
topaz banner