Andrey Lunyevin agenti Anton Smirnov qapıçının "Qarabağ"a transferi ilə bağlı növbəti açıqlama verib.
Qol.az xəbər verir ki, o, championat.com saytına müsahibəsində deyib: “Rusiyada və ondan kənarda seçimlərimiz var idi. Bu, artıq dəfələrlə deyilib və təkrar etməyin mənası yoxdur. Andreyə marağı olan ilk klublardan biri "Qarabağ" idi. Həqiqətən də qapıçı ilə müqavilə imza atmaq istəyirdilər. Rusiyalı azarkeşlərin və medianın düzgün qiymətləndirməməsinə baxmayaraq, “Qarabağ” iddialı və ciddi klubdur. Komanda on il ardıcıl olaraq müxtəlif Avropa yarışlarının, o cümlədən Çempionlar Liqasının qrup mərhələsində çıxış edib. Keçən il Çempionlar Liqasının qrup mərhələsinin bir addımlığında dayandılar".
A. Smirnov bildirib ki, qolkiper Rusiyaya qayıtsa idi, Avropada yenidən oynamağı çətin olacaqdı: ."Andreyin 31 yaşı var və gələcəkdə Rusiyadan Avropaya keçmək son dərəcə çətin olacaqdı. “Qarabağ”da uğurlu çıxışla real oyun səviyyənizə çatdıqdan sonra Avropada və onun hüdudlarından kənarda oynamaq şansı əldə edə bilərsiniz.
Rusiyada bizim üçün o qədər də konkretlik yox idi. "Rostov"a getmək mümkün idi, amma Avropa prioritet idi. Danışıqlara gəlincə, onları çətin adlandırmaq olmaz, çünki "Qarabağ" özünü çox peşəkar aparırdı və bizim kimi eyni şeyi istəyirdi. Amma məlum səbəblərdən klub tapmaq çox çətin idi. Bir çox hallar bizə mane oldu. Lunyev demək olar ki, zədələrə görə iki il oynamadı. Bu, bir çox komandaları narahat etdi".
Olmadı, Əliyar!
Meydana “Meydan” gəlir…
Yamal komandasının qoluna sevinmədi - Şəkillər
Çempionlar Liqası qalibi klubunu dəyişir
Baş məşqçi klubun 34 illik antirekordunu yenilədi
"Ayntraxt" 4 qollu matçda qələbəni əldən verdi
"Neftçi" "Sumqayıt"ı belə məğlub etdi - Video
"Futbolçu necə oynamaq istəməyə bilər?" - Saşa İliç
"Həmin matçları səbirsizliklə gözləyirəm" - Yuri Vernidub
PSV ardıcıl üçüncü dəfə Niderland çempionu oldu
"Qəbələ" "Kəpəz"ə, "Neftçi" "Sumqayıt"a qalib gəldi
Kökçünün komandası heç-heçəyə razılaşdı
"Uduzacağımızı gözləyirdim" - Azər Bağırov
"Qəbələ"nin inamlı qələbəsindən - Video
"Barselona"nın zədəli futbolçularından xəbər var
"Real"dan PSJ-yə keçə bilər
“Sumqayıt” - “Neftçi”: Heyətlər
Azərbaycandan ayrılıb İslandiya klubuna keçdi
“Nyukasl” Trippyerin ayrılığını açıqladı
"Kəpəz" - "Qəbələ": Heyətlər açıqlandı