Azərbaycan - Niderland oyununa hakim təyinatları açıqlandı

Azərbaycan - Niderland oyununa hakim təyinatları açıqlandı
XƏBƏR 20 Avqust 2023 / 10:05 1050
-  A +

Final mərhələsi 2024-cü ildə Özbəkistanda təşkil olunacaq futzal üzrə dünya çempionatının elit-raundunda keçiriləcək Azərbaycan - Niderland oyununa təyinatlar açıqlanıb. 

Qol.az AFFA-nın saytına istinadən xəbər verir ki, matçı Kiprdən olan hakimlər briqadası idarə edəcək.

Azərbaycan - Niderland: Təyinatlar
Hakimlər:
Yianqos Yianqou, Nikolas Nikolaou, Larisa Eleni Avramidou
Hakim-inspektor: Sebastian Stauicki (Polşa)
UEFA nümayəndəsi: Avi Levi (İsrail)

Qeyd edək ki, sentyabrın 20-də Bakı İdman Sarayında keçiriləcək  saat 20:00-da başlayacaq.


Son xəbərlər
topaz banner