Qadınlardan ibarət Azərbaycan millisinin oyunlarının məkanı bilindi

Qadınlardan ibarət Azərbaycan millisinin oyunlarının məkanı bilindi
XƏBƏR 17 Avqust 2023 / 14:57 1145
-  A +

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının ilk dəfə təşkil olunacaq UEFA Millətlər Liqasının C qrupunda keçirəcəyi ilk iki oyunun məkanı və başlama saatları müəyyənləşib.

Qol.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Sentyabrın 22-də, saat 17:00-da Kipr yığmasına qarşı oyun “Dalğa Arena”da, sentyabrın 26-da, saat 20:00-da səfərdə Monteneqro yığmasına qarşı matç isə Podqoritsa şəhərindəki “Ljeskopolje Arena”da təşkil olunacaq.


Son xəbərlər
topaz banner