Konfrans Liqasının 3-cü təsnifat mərhələsində bu gün keçiriləcək "Beşiktaş" - "Neftçi" oyununun saatı dəyişdirilməyib.
Bu barədə Qol.az saytına açıqlamasında "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev bildirib. O, əslində görüşün əvvəldən saat 22:00-a təyin olunduğunu, UEFA-nın səhvə yol verərək oyunun vaxtını 21:00 qeyd etdiyini bildirib:
"Əslində saat dəyişdirilməyib. "Beşiktaş"dan da bildirilib ki, görüş saat 22:00-dadır (Bakı vaxtı ilə). Sadəcə olaraq UEFA-nın səhvi olub, saytlarında 21:00 (Bakı vaxtı ilə) göstərilib. Elə dünən "Beşiktaş" nümayəndələri bizim yanımızda UEFA-ya zəng etməyə çalışırdılar ki, səhv düzəldilsin. "Beşiktaş" azarkeşləri ilə bağlı da problem yaranmayacaq. Çünki "Beşiktaş" azarkeşləri əvvəlcədən matçın düzgün saatını bilirdilər".
Qeyd edək ki, Azərbaycan və Türkiyə arasındakı zaman fərqi 1 saatdır.
* * *
Konfrans Liqasının 3-cü təsnifat mərhələsində bu gün keçiriləcək "Beşiktaş" - "Neftçi" cavab oyununun başlama saatı dəyişdirilib.
Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, matç Bakı vaxtı ilə saat 21:00-da yox, 22:00-da start götürəcək. Hələlik UEFA-nın belə qərar verməsinin səbəbi məlum deyil.
Qeyd edək ki, bu komandalar arasında "Neftçi Arena" keçirilən ilk matçda "Beşiktaş" 3:1 hesablı qələbə qazanıb.
Ramiq Ağaməmmədov
PSJ-də 5 illik müqavilə
"Arsenal" onu hədəflədi, "Sportinq" razı deyil
Benziadan “Qarabağ”a vida mesajı
"Qalatasaray" Sane ilə müqavilənin detallarını açıqladı
"Bavariya" və "Arsenal" onu hədəflədilər
"Mançester Siti" 18 yaşlı futbolçu ilə razılaşdı
Kroos: "Real"da Flikə gülərdilər"
“Zirə” bu ölkədə də hazırlıq keçəcək
“Qarabağ” yay hazırlığındakı ilk rəqibi müəyyələşdi
"Barselona" və ya "Real"da artıq məni işdən çıxarmışdılar"
De Brüyne rəsmən "Napoli"də
"Mançester Yunayted" yeni transferini təqdim etdi
Cüdoçularımızın rəqibləri məlum oldu - Dünya çempionatı
"Qalatasaray" Sane ilə müqavilə imzaladı
Cəlal Hüseynov Bolqarıstan klubuna qayıdır
İsmayıl İbrahimli: "Bəxt bizdən üz döndərib"
“Sabah” Gürcüstanda 5-ci yeri tutdu
"Real"da yeni transfer üçün imza mərasimi
Azərbaycan millisi FİFA reytinqində irəlilədi
Modriçin “Milan”a nə vaxt keçəcəyi bilindi