İtaliya millisinin baş məşqçisi vəzifəsinə namizədlər bilindi

İtaliya millisinin baş məşqçisi vəzifəsinə namizədlər bilindi
XƏBƏR 14 Avqust 2023 / 09:20 2841
-  A +

İtaliya Futbol Federasiyası Roberto Mançininin istefasından sonra yeni baş məşqçi axtarışına çıxıb 

Qol.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb. İtaliya millisinə rəhbərlik etməyə əsas namizədlər Antonio Konte və Luçano Spalettidir.

Konte artıq 2014-2016-cı illərdə yığmanı çalışdırıb. Məşqçi "Tottenhem"dən ayrıldıqdan sonra işsizdir. Spaletti isə ötən mövsüm "Napoli" ilə A seriyasını qazandıqdan sonra komandanı tərk edib. 

Xatırladaq ki, Roberto Mançini ötən gün İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravina ilə fikir ayrılığına görə istefa verib.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner