Dünyanın ən yaxşı 100 arenası açıqlandı - Bakı Olimpiya Stadionu da var

Dünyanın ən yaxşı 100 arenası açıqlandı - Bakı Olimpiya Stadionu da var
XƏBƏR 18 İyul 2023 / 12:45 6991
-  A +

“FourFourTwo” jurnalı dünyanın ən yaxşı 100 stadionunun siyahısını hazırlayıb.

Qol.az xəbər verir ki, bu arenaların arasında Bakı Olimpiya Stadionu (BOS) da yer alıb. BOS sıralamada 41-cidir.

Dünyanın ən yaxşı arenası isə Argentinadakı “La Bombonera” seçilib. Braziliyanın məşhur “Marakana” stadionu 2-ci, Almaniyada “Borussiya”nın (Dortmund) ev oyunlarını keçirdiyi “Siqnal İduna Park” isə 3-cü olub.

İlk "10-luq" belədir:

1. “La Bombonera” (Argentina)

2. “Marakana” (Braziliya)

3. “Siqnal İduna Park” (Almaniya)

4. “Tottenhem Hotspur” (İngiltərə)

5. “Monumental” (Argentina)

6. “Azteka” (Meksika)

7. “Kamp Nou” (İspaniya)

8. “Uembli” (İngiltərə)

9. “İbroks” (Şotlandiya)

10. “San Siro” (İtaliya)


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner