Arda Turanın komandası “Turan Tovuz”a rəqib oldu

Arda Turanın komandası “Turan Tovuz”a rəqib oldu
XƏBƏR 12 İyul 2023 / 21:29 3951
-  A +

Sabah Türkiyəyə yola düşəcək “Turan Tovuz”un təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərinin üçü müəyyənləşib. 

Qol.az xəbər verir ki, bu haqda Tovuz klubunun baş məşqçisi Ayxan Abbasov jurnalistlərə açıqlamasında məlumat verib.  O bildirib ki, rəqiblərdən ikisi Türkiyə təmsilçisidir:

“İlk oyunda “Adana Dəmirspor”la qarşılaşacağıq. Bu matç iyulun 17-də keçiriləcək. Ayın 22-də “Eyübspor”la üz-üzə gələcəyik. Üçüncü matçımız Afrika klubuna qarşı olacaq. Sonuncu oyundakı rəqib isə hələ müəyyənləşməyib”. 

Qeyd edək ki, “Eyübspor”un baş məşqçisi tanınmış türkiyəli veteran futbolçu Arda Turandır.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner