Sloveniyada təlim-məşq toplanışını başa vuran “Dinamo” Zaqrebə qayıdıb.
Qol.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, baş məşqçi İqor Bişçan tezliklə bəzi futbolçularla bağlı qərar verməlidir. Buna uyğun olaraq onlar ya icarəyə göndəriləcək, ya da transferə çıxarılacaq.
Azərbaycan millisinin hücumçusu Mahir Emreliyə gəlincə, onun gələcək karyerası ilə bağlı məsələ hələ qətiləşməyib. Bununla belə, 26 yaşlı futbolçunun hazırlıq prosesində özünü yaxşı tərəfdən göstərdiyi və komandada qala biləcəyi bildirilir.
Qeyd edək ki, M.Emreli Sloveniyada iki yoxlama matçında iştirak edib. O, SSKA-1948 (Bolqarıstan) ilə oyunda (3:2) əsas heyətdə meydana çıxıb və ilk qolu vurub. “Sparta” Praqa ilə matçda (1:1) isə ikinci hissədə oyuna daxil olub.
“Sportske Jutarnji” nəşrinin yazdığına görə, bu hazırlıq prosesi ilə əlaqədar İqor Bişçan üçün iki müsbət xəbər var. Bunlardan biri Boşko Şutalonun axır ki, təlim-məşq toplanışına qoşulması, digəri isə Mahir Emreli ilə bağlıdır.
Təlim-məşq toplanışının gedişatını yaxından izləyən qəzetin əməkdaşı yazır: “Bizim fikrimizcə, Türkiyədən dönən Emreli - hansı ki, o, özünü orada yaxşı hiss etmirdi - komandaya oynamağa ac futbolçu kimi və yeni enerji ilə gəlib. O, ötən ildən fərqli olaraq, növbəti mövsüm daha çox oyun şansı qazana bilər. Məhz oyun azlığı səbəbindən Emreli “Konyaspor”a icarəyə yollanmışdı. Emreli Sloveniyadakı hazırlıqda özünü əsl futbolçu, əzmkar oyunçu kimi apardı. Mümkümdür ki, o, yeni mövsüm İqor Bişçanın vizit kartı olsun” - deyə qəzet yazıb.
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
“Ağdaş” səfərdə, “Araz Saatlı” evdə qələbə qazandı
Olmadı, Əliyar!
"Mançester Yunayted"dən "Qalatasaray"a keçə bilər
Qvardiola qərar verməyə tələsmir
Arbeloa "Bavariya"dan danışdı
Azərbaycan millisi Moldova yığmasına qalib gəldi
“Qarabağ” - “Karvan-Yevlax”: Heyətlər
Kapitan "Mançester Siti"dən gedir
"Sevilya" polisdən kömək istədi
"Fənərbaxça"da ciddi itki
Klopp: "Enfild" üçün darıxıram"
Meydana “Meydan” gəlir…
Azərbaycan millisinə 23 futbolçu çağırıldı
"Liverpul"da Slotla bağlı təcili iclas
FİFA rəhbərliyinin maaşı nə qədər olub?
Şəmkirli 22 yaşlı gənc “1001 Sevinc”dən avtomobil qazandı
Turun mərkəzi oyunu ona tapşırıldı
"Arsenal" rəhbərliyindən Artetaya şərt
“Şamaxı”nın bombardiri təkliflər alıb – Müsahibə