"Dörd dəfə Azərbaycan çempionluğunu qazandığım “Qarabağ”la əvvəlki müqaviləm başa çatmışdı və bir sıra suallarım var idi. Bununla belə, “Neftçi” konkret idi və mənə “Qarabağ”dakı şərtlərə çox oxşar olan əla təklif etdi. Gözləmək istəmədiyim üçün dərhal imza atdım. Bu qərarda Bakını sevən sevgilimin də rolu olub. O, bu şəhərdə qalmaq istəyirdi".
Qol.az xəbər verir ki, bu sözləri "Neftçi"nin yeni transferi Filip Ozobiç sportske.jutarnji.hr saytına müsahibəsində deyib.
"Bəzən qadının dediyinə qulaq asmaq lazımdır (gülür). 2016-cı ildə Azərbaycana "Qəbələ"yə gələndə düşündüm: “10 il burada qalacağam”. Gördüm ki, bura futbolçu üçün yaxşı ölkədir. Daha sonra ölkənin ən güclü klubu olan “Qarabağ”dan dəvət aldım. İllər sürətlə keçir. "Neftçi" ilə 2 illik müqaviləmi də nəzərə alsaq, Azərbaycanda 9 il olacağam" - deyə o bildirib.
Xorvatiyalı futbolçu ölkəmizdə xoşbəxt olduğunu söyləyib: "Burada gözəl xatirələrim var. Biz çoxlu avrokubok oyunlarına çıxmışıq. Və 5 ildən sonra Azərbaycan millisinin futbolçusu oldum. Bu yaxınlarda Avro-2024-ün seçmə mərhələsində Estoniya ilə matç üçün millidə idim. Başa düşdüm ki, Azərbaycan Premyer Liqasından Xorvatiya millisinə heyətində yer ala bilməyəcəm. Bu, daha yüksək səviyyədir. Üstəlik, mənim mövqeyimdə çoxlu rəqabət var. Mən bunu qəbul etdim və Azərbaycanda oynamağa razılaşdım. Ümid edirəm ki, bu tsikldə əvvəlkindən daha uğurlu olacağıq. Baxmayaraq ki, İsveç və Avstriyaya uduzub, Estoniya ilə heç-heçə etmişik".
O, "Neftçi"yə keçməzdən əvvəl Xorvatiyadan təkliflərinin olub-olmadığı ilə bağlı deyib: "Müzakirələr oldu. Amma konkret təklif olmadığına görə gecikdirmək istəmədim. “Neftçi”nin yaxşı idarəçiliyi var. "Qəbələ"də yanımda olan idman direktoru Zaur Əzizov da bu qərarıma təsir etdi. Eyni evdə qalıram, eyni şəhərdə oynayacağam, heç nə dəyişməyib. “Qarabağ”da inkişaf etdim, amma indi böyük öhdəliklərim var. Çünki “Neftçi”də məndən çox şey gözləyirlər. Karyeramı Azərbaycanda bitirib-bitirməyəcəyimi deyə bilmərəm, amma bu, istisna deyil".
Qeyd edək ki, "Qarabağ"la müqaviləsi bu yay başa çatan Ozobiç "Neftçi" ilə 2 illik müqavilə imzalayıb.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı