Polşada təşkil olunan III Avropa Oyunlarının təntənəli açılış mərasimi keçirilib.
Qol.az xəbr verir ki, mərasimdə Azərbaycan milli komandasının keçidi olub. Komandamızın keçidi zamanı Azərbaycan Bayrağını qılıncoynadan Barat Quliyev və kamandan oxatan Yaylagül Ramazanova daşıyıblar.
Qeyd edək ki, iyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən ümumilikdə 7 minə yaxın idmançı mübarizə aparacaq. İdmançılar 29 növ üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcək. Azərbaycan Krakov-2023-də 13 növ üzrə 86 idmançı ilə təmsil olunur.
Xatırladaq ki, tarixdə ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, 2-cisi 2019-cu ildə Minskdə təşkil olunub. Azərbaycan millisi bu yarışlarda 84 medal qazanıb. İdmançılarımız 26 qızıl, 25 gümüş və 33 bürünc mükafat əldə edib. Komandamız medal sıralamasında Bakı-2015-də 2-ci, Minsk-2019-da 10-cu yeri tutub.



Mareska özü seçim edəcək
Asiya Çempionlar Liqasının yarımfinalına yüksəldilər
"Biz bir oyun planına bağlı deyilik" - Xabi Alonso
Nuriyev oynadı, komandası məğlub oldu
PSJ "Mançester Yunayted"lə heç-heçəyə razılaşdı
"Tottenhem"dən gedir
"Neftçi" 1-ci liqa klubu ilə qarşılaşdı
"Onlarda məsuliyyət hissi çatışmır"
Millini yenidən çalışdıra bilər
Messinin doğma klubu atasının xatirəsini yad etdi
"Şəmkir"də yeni təyinat
Salah gələr-gəlməz "Trabzonspor"da rekord
"Çelsi" "Milan"a böyük hesabla qalib gəldi
"Yuventus" "İnter"lə bacarmadı
Millinin futbolçusu sıradan çıxdı
"Fənərbaxça" Lukaku ilə razılığa gəldi
Ferran Torres PSJ-də
Bruno Gimaraeş rəsmən "Arsenal"da
Lionel Messiyə ağır itki üz verdi
"Mançester Yunayted" qapıçısını satdı