Millimizin baş məşqçisi Atatürklə bağlı paylaşımlara görə PAOK-dan istefaya göndərildi

Millimizin baş məşqçisi Atatürklə bağlı paylaşımlara görə PAOK-dan istefaya göndərildi
XƏBƏR 15 İyun 2023 / 19:30 3700
-  A +

Azərbaycanın qadınlardan ibarət voleybol üzrə milli komandasının çalışdırıcısı Ataman Güneyligil bir neçə gün əvvəl baş məşqçi təyin olunduğu PAOK-dan istefaya göndərilib.

Qol.az "Hürriyet"ə istinadən xəbər verir ki, buna səbəb 42 yaşlı məşqçinin İnstaqram hesabında Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürklə bağlı paylaşımlar etməsi olub.

Yunanıstan klubunun azarkeşlərin böyük təzyiqinə görə türkiyəli mütəxəssislə yollarını ayırdığı bildirilib.

Qeyd edək ki, Ataman Güneyligil iyunun 10-da PAOK-un baş məşqçisi təyin olunmuşdu. Azərbaycan Voleybol Federasiyası türk mütəxəssislə üç aylıq müqavilə imzalayıb.


Son xəbərlər
topaz banner