Ağır Atletika üzrə dünya çempionatı Ermənistanda keçirilməyəcək.
Qol.az "Trend"ə istinadən xəbər verir ki, bunu Azərbaycan Ağır Atletika Federasiyasının İdarə Heyətinin üzvü Anar Hüseynov deyib. O bildirib ki, İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında bayrağımıza qarşı edilən vəhşilik ermənilərin hələ də nəinki sülhə, ümumiyyətlə heç nəyə, xüsusilə də hansısa böyük idman yarışını təşkil etməyə hazır olmadığını göstərmiş, sübut etmişdi.
"Baş verənlərə səssiz qalmamış, komanda olaraq yarışda iştirakdan imtina etmiş, bu yolla öz etirazımızı bildirmişdik. Amma hər şeyi təkcə bununla bitirə bilməzdik. Bayrağımıza qarşı bu hərəkətin cəzası da olmalı idi. İlk gündən beynəlxalq nüfuzlu təşkilat və federasiyalara məktublar yazdıq, təmaslar qurduq, işin həm mənəvi, həm də hüquqi tərəfinə reaksiya verilməsini, ermənilərin bu addımının pislənilməsi üçün çalışdıq. Ən əsas məsələ isə 2024-cü ildə keçiriləcək dünya çempionatının təşkili hüququnun onlar verilməməsi idi. Halbuki bu artıq həll olunmuş, razılıqlar alınmış, yalnız rəsmiləşməsi qalan bir məsələ idi. İlk mərhələdə qitə, sonra da dünya çempionatı üçün hazırlıq görən Ermənistan, bu istiqamətdə xeyli iş görmüşdü. Ancaq qarşılarına çıxıb bu planlarını poza bildik.
Azərbaycan Ağır Atletika Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə səyləri öz effektini verdi. Beynəlxalq Ağır Atletika Federasiyası ilə az qala gündəlik fəaliyyətimiz nəticəsində bu səhər, qurumun İcraiyyə Komitəsinin Kubada keçirilən iclasında 2024-cü ilin ağır atletika üzrə dünya çempionatının Ermənistanda keçirilməməsi, bu hüququn Bəhreynə verilməsi qərarı qəbul edildi. Ədalət bərqərar oldu!"
Xatırladaq ki, aprelin 14-də Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində milli nifrət və düşmənçiliyin salınmasına yönəlmiş nümayişkəranə hərəkətlərlə Azərbaycan bayrağı yandırılıb.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır