Ölkəmizi Konfrans Liqasında təmsil edəcək sonuncu iştirakçı da bilindi

Ölkəmizi Konfrans Liqasında təmsil edəcək sonuncu iştirakçı da bilindi
XƏBƏR 27 May 2023 / 19:24 9025
-  A +

Bu gün Azərbaycanın UEFA-nın Konfrans Liqası yarışındakı sonuncu iştirakçısı müəyyənləşib.

Qol.az xəbər verir ki, bu, "Qəbələ"dir. Komanda son turda "Kəpəz"lə heç-heçə edib - 1:1. Bu nəticədən sonra xalını 50-yə çatdıran Elmar Baxşıyevin komandası yarışı 4-cü pillədə başa vurub. "Zirə" də eyni xalı toplasa da, şəxsi oyunlarda üstünlüyə görə komanda ilk 4-lükdə yer alıb. Beləliklə, Azərbaycan kubokunun finalında “Neftçi” ilə matçın nəticəsindən asılı olmayaraq, "Qəbələ" 2023/24 mövsümündə Konfrans Liqasının birinci mərhələsindən yarışacaq.

Qeyd edək ki, mövcud qaydalara əsasən, KL-ə vəsiqə alan 3-cü yerin sahibi (indiki halda “Neftçi”) kuboku da qazanırsa, 4-cü yeri tutan komanda avrokuboka qatılır.

Xatırladaq ki, Azərbaycan artıq 3 klub Avropa kubokuna vəsiqəni təmin edib. Bunlar “Qarabağ” (Çempionlar Liqası), “Sabah” və “Neftçi”dir (Konfrans Liqası).


Son xəbərlər
topaz banner