"Maraqlı matç keçdi. İlk hissədə bizim üçün çətin olsa da, ikinci hissə daha yaxşı alındı. Oyunun gedişinə nəzarət edirdik".
Qol.az xəbər verir ki, bu sözləri "Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının yarımfinalında evdə "Mançester Siti" ilə heç-heçə etdikləri görüşdən (1:1) sonra deyib.
"Onlar topa çox sahib olanda müdafiədə hər şeyə nəzarət edirdik, amma topa oynamağa başlayanda çətinlik çəkirdik. İlk növbədə müdafiədə diqqətli oynamalı idik, fürsət düşən kimi ilk qolu vurduq. Bu, əla zərbə, fantastik an idi. Komanda yaxşı oynadı. Qələbə qazanmağa layiq idik. Futbolçularımdan razıyam" - deyə o bildirib.
Mütəxəssis cavab görüşü öncəsi yaşı əhval-ruhiyyədə olduqlarını söyləyib: "Rüdiger Haaland aqarşı yaxşı oynadı və orta sahədə matça nəzarət etdi. Oyun yaxşı keçdi, biz xoşbəxtik. Cavab matçı öncəsi əla əhval-ruhiyyədəyik".
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu mayın 17-i keçiriləcək.
"Karvan-Yevlax"dan getdi
PSJ-də yeni müqavilə
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır
Reşford "Fənərbaxça"ya gələcək?
Yamal final öncəsi məşqi buraxdı
Əsas heyət üçün sabiq klubuna qayıdır
Argentina dünya çempionatı bitənə qədər cəzalandırılmayacaq
15 yaşlı qazaxıstanlı futbolçu “Barselona”da
“Zirə” - “Torpedo” matçının heyətləri açıqlandı
"Arsenal" ən məhsuldar oyunçunu hədəfə aldı
FİFA-dan DÇ-2026 finalı ilə bağlı yeni plan
Kukurelladan mundialla bağlı maraqlı vəd