“Bizim maaşımızla hesab hətta 5:0 olanda da qaçmalısan”

“Bizim maaşımızla hesab hətta 5:0 olanda da qaçmalısan”
XƏBƏR 26 Fevral 2023 / 16:26 2832
-  A +

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola futbolçularının azarkeşlər qarşısındakı öhdəliklərindən danışıb.

Qol.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında deyib:

“Futbolçular hər qol vuranda və ya hər qol buraxanda mübarizəni dayandırsalar, problem yaşayacaqlar. Azarkeşlər bilet alırlar, maşınla 5-6 saatlıq yol qət edib, matça gəlirlər. Bizim maaşımızla hesab hətta 3:0, 4:0, 5:0 olanda da qaçmalısan".

Qeyd edək ki, “Mançester Siti” hazırda Premyer Liqanın turnir cədvəlində 55 xalla 2-cidir. "Şəhərlilər" lider "Arsenal"dan (24 oyun) 2 xal geri qalır. Həmçinin "Siti" Çempionlar Liqasında da mübarizəni davam etdirir. Onlar 1/8 finalın ilk oyununda "Leyptsiq"lə heç-heçə ediblər - 1:1. Bu komandalar arasında cavab oyunu martın 14-də İngiltərədə olacaq.


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner