Kiprin "Aris" klubunda çıxış edən Aleksandr Kokorin bildirib ki, o, hazırkı reallıqda Rusiya millisində oynamaq istəmir.
Qol.az xəbər verir ki, 31 yaşlı hücumçu kiprli jurnalistlərə açıqlamasında deyib: "Mən realist olacağam. Çünki hazırkı şəraitdə millinin yaxın gələcəkdə rəsmi oyunlar keçirməsi ehtimalı azdır. Bəlkə də bu, ən azı 2025-ci ilə qədər davam edəcək. Bu mənada millidə oynamaq istəmirəm. Mənə zəng etsələr, əlbəttə ki, məşqçi ilə danışacağam, amma niyə çağırıldığımı bilmək istəyirəm ".
O deyib ki, yoxlama oyunları xatirinə milliyə getmək fikrində deyil: "Belə oyunlar məndənsə, gənc istedadlar üçün daha yaxşıdır. Əgər rəsmi oyunumuz olsa, təbii ki, milliyə qayıtmaq çox istəyirəm. Rusiya millisinin formasını geyinmək inanılmaz hissdir, amma indiki vəziyyətdə deyil”.
Qeyd edək ki, A.Kokorin Rusiya millisində 48 oyun keçirib, 12 qol vurub. O, son dəfə milliyə 2017-ci ildə dəvət alıb. Kokorin müxtəlif vaxtlarda "Zenit", "Dinamo", "Spartak", "Soçi" (hamısı Rusiya) və "Fiorentina"da (İtaliya) da oynayıb.
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu